CİNSƏLLİK QADINLARIN KABUSU - Eylence(+18) <!--if()-->- <!--endif--> - Sizin SayTiniz - Sizin istediyiniz her şey burada mövcuddur

İstədiyinizi bu məkanda axtarın 5, 02.12.2016, 23:07
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 2562
    Ana Səhifə » » Eylence(+18)

    CİNSƏLLİK QADINLARIN KABUSU
    [ ] 17.04.2009, 02:10

    2002-ci ildə açıqlanan ilk qlobal araşdırmaya görə xüsusilə orta və irəli yaşlarda bədən sağlamlığı ilə seksuallıq arasında möhkəm bir əlaqənin varlığı elmi olaraq müəyyən olunmuşdur.

    Seksuallıq, Katolik dini inancına görə yalnız artıma məqsədi üçündür. Halbuki tibbi yanaşmala seksuallıq həyatın bir parçasıdır. Almaniyada yaşları 30 ilə 80 olan 10 min qadın və kişini əhatə edən aktual bir araşdırma nəticəsinə görə qadınların yüzdə 60ı, kişilərin yüzdə 21i seksual pozuqluqlardan şikayətlənir və evli cütlərin üçdə ikisi sevgisəl həyatdan məmnun deyildirlər. Libido (cinsi istək) azalması partnerin davranışından qaynaqlandığı kimi, xəstəliklər və alınan dərmanlara da bağlı ola bilər. Məsələn diyabet, hipertansiyon ya da ürək-damar xəstəlikləri, obezite, xolesterol yüksəkliyi, libido azalmasına səbəb olar. Bu xəstəliklərə qarşı istifadə edilən dərmanlayar və digər dərmanlayar seksuallığı mənfi təsir edir. Yaşlanmaqla birlikdə kişidə testosteron azalması və siqaret də zamanla libidoda mənfi təsirini göstərər. Seksual pozuqluqlar yalnız kişiyə xas bir hadisə deyil. 1970-ci illərdə Amerikalı araşdırmacılar qadın seksual pozuqluqlarına toxunmuşsalar da uzun illər bu mövzu laqeydlik edilmişdir. Son illərdə bu mövzuyla maraqlanan Avstraliyalı araşdırmacılar Dr. King və Prof. Dennerstein qadınların yüzdə 43ündə, kişilərin yüzdə 31ində seksual pozuqluq olduğunu və hər üç qadından birinin libido əskikliyindən şikayətləndiyini təyin etmişdir. Amerikada "National Health And Sociallife Survey" tərəfindəndə müəyyən olunmuşdur: Seksual pozuqluqlar yaşlanmaqla artmaqdadır. Hər üç qadından biri seksuallığa heç bir maraq duymamaqdadır. Hər dörd qadından biri cinsi əlaqədə orgazm olmamaqdadır. Qadınların yüzdə 20i vajina quruluğu ilə problem yaşamaqda və yüzdə 20i seksdən xoşlanmamaqdadır. Qadında seksual pozuqluqlar müxtəlif formalarda ortaya çıxmaqdadır.

    1- Libido (cinsi istək) azalması
    2- Seksual xəbərdar edilmə pozuqluğu
    3- Orgazmik pozuqluq (orgazm olmada gecikmə ya da orgazm ola bilməmə)
    4- Seksual ağrı (vajinismus, disparüni)

    Fizika səbəblərin yanında ruhi səbəblər qadınlarda kişilərə görə daha əhəmiyyətli rol oynayır. Məsələn qadınlar; yoldaşlar arasındakı dolanışıqsızlıqlardan, peşə ya da xüsusi stresslərdən ya da ictimai problemlərdən çox daha çox təsirlənərlər. Ayrıca mədəniyyət, din və qadın həyatının müxtəlif dövrlərində ortaya çıxan hadisələr də əlavə yük gətirər. Xüsusilə uşaqlıq ya da gəncliyində yaşamış olduğu seksual təcavüzün yaratdığı ruhi çöküntünün aradan qaldırılması çox gücdür.

    Bədənsəl olaraq sağlam qadındakı seksual pozuqluğun digər bir səbəbi yoldaşı ola bilər. Çox vaxt kişinin seksual müvəffəqiyyətsizliyində qadın günahı özündə axtarar ya da əri tərəfindən günahlandırılar. Ümumiyyətlə seksual əlaqə kişinin erreksiyona çatması məqsədiylə edildiyindən və qadın kafi xəbərdar edilmədiyindən, cinsi əlaqə naxoş ya da ağrılı hiss edilər. Uzun davamlı evliliklərdə qadınlar ərlərinin seksual davranış repertuarının azlığından və şəfqətsizliyindən şikayətlənərlər. Ayrıca seksual pozuqluqları olan cütlər, problemləri haqqında nadir olaraq danışarlar. Qadın dilə gətirsə belə ümumiyyətlə kişinin mövzuya mənfi yanaşmasından qarşıdurmayla sonlanar. Kişinin susqunluğundan ötəri qadın, ərinin düşüncə və duyğularını anlamaz. Bir müddət sonra qadın cazibəsi haqqında şübhə edər. Ərinin başqa qadınlara marağı olduğundan şübhələnər.

    İnciklik, yılgınlık və kişinin davranışı evliliyi parçalanmağa qədər aparar. Cütlər arasındakı seksual problemlər və çətinliklər qadının seksual maraqğı o dərəcə şiddətli təzyiqlər ki, beləcə xroniki (xronik) bir seksual pozuqluq meydana gələr.

    Bölmə: Eylence(+18) | Müəllif: TaRanTuL
    Baxılıb: 1151 | Yüklə: 0 | Reytinq: 0.0/0 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
    Nick:
    Şifrə:
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 1
    Qonaq: 1
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2016