Ermənilər Azərbaycana məxsus domen adları da oğurlayıblar - Xəbərlər <!--if()-->- <!--endif--> - Sizin SayTiniz - Sizin istediyiniz her şey burada mövcuddur

İstədiyinizi bu məkanda axtarın Bazar, 11.12.2016, 12:59
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 2563
    Ana Səhifə » » Xəbərlər

    Ermənilər Azərbaycana məxsus domen adları da oğurlayıblar
    [ ] 02.12.2009, 02:56

    Ermənilər Azərbaycana məxsus domen adları da oğurlayıblar
    Əvvəllər silah gücünə həll edilən bəzi məsələlər müasir dövrümüzdə informasiyanın köməyi ilə yoluna qoyulur. İnternet həm də getdikcə savaş meydanına çevrilir.

    İndi hər cür informasiyanı əldə etmək, yaymaq üçün texnologiyanın son uğurlarından istifadə edirik. Kompüter və internet isə sürətlə həyatımıza az qala hava, su kimi daxil olmaqdadır. Əvvəllər silah gücünə həll edilən bəzi məsələlər müasir dövrümüzdə informasiyanın köməyi ilə yoluna qoyulur. İnternet həm də getdikcə savaş meydanına çevrilir.

    Hansısa bir ölkə haqqında məlumat toplamaq istəyəndə birinci növbədə internetdəki axtarış sistemlərinə üz tuturuq. Sonra həmin ölkənin adına uyğun ağlımıza tez gələn sözü axtarış saytında yazıb, "enter” klavişini basırıq. Məsələn, Azərbaycan, Qarabağ və bir çox şəhərlərimiz haqqında nəsə öyrənmək istədikdə, internetə bağlanıb bu ünvanları yazırıq: www.azerbaijan.com, www.baku.com, www.karabakh.com, www.susha.com, www.lachin.com, www.sumqait.org və s. Lakin bu ünvanlara daxil olduqda tamamilə başqa şeylərlə qarşılaşırıq. Saytın adı, yəni domen ünvanı axtardığımız ölkəyə-Azərbaycana aid olduğu halda, səhifənin içindəkilər tamam başqa bilgilərlə doldurulub. Buna anti-təbliğat da deyilə bilər.

    Domen adlar nəyi bildirir, domen nə deməkdir?

     İnternetdə hər bir kompüter təkrar olunmaz ünvana malikdir və onu İP-ünvan adlandırırlar. İP ünvan 8 rəqəmdən ibarət olur. Lakin rəqəmləri yadda saxlamaq çətin olduğundan dünya internet cəmiyyəti domen adlar sistemini yaradıb. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə yetirilir. Yəni, səkkiz rəqəmli ədədi yazmaq əvəzinə, www.uyğun ad ( coğrafi ad və ya təşkilat adı) və com və ya net, org, digər domenlər yazılır. www.azerbaijan.com domen addır.

    Domenlər birinci və ikinci səviyyəli olur. İnternet şəbəkəsinə üzv olan ölkələrə məxsus birinci səviyyəli milli domenlər həmin ölkələri bildirmək üçün istifadə edilən iki simvoldan ibarət olur. Məsələn, ".az”- Azərbaycanı bildirir. İkinci səviyyəli domenlərə isə com, edu, gov, net, info və s. daxildir.

    Domen adların fəaliyyəti ilə beynəlxalq təşkilatlar məşğul olur 

    Birinci səviyyəli domenlərin, o cümlədən hər bir ölkəyə məxsusu birinci səviyyəli domenlərin idarə edilməsi ilə İCANN-ın (The Internet Corporation for Assigned Names and Numbers) tapşırığı ilə xüsusi təşkilatlar məşğul olur. İCANN, ABŞ hökuməti qarşısında məsuliyyət daşıyır. Təşkilat 1998-ci ilin oktyabrında İP ünvanların paylanması, domen adlar, eləcə də digər xüsusi məsələlərin yerinə yetirilməsi üçün yaradılıb. Bu cür təşkilatlar qeyri-kommersiya istiqamətli olur, internet ictimaiyyətinin maraqlarından çıxış edir. Domen qeydiyyatı üçün müəyyən haqq ödənilir. Domen adını qeydə alan şəxs bu domenə aid bütün hüquqlara məxsus olur.

    Domenlərin alınması və qeydiyyatında məhdudiyyət yoxdu

    Domenləri müxtəlif məqsədlərlə - informasiya müharibəsi, qazanc əldə etmək və s. istifadə edirlər. Domenləri nüfuzlu adamların adları, tarixi – mənəvi dəyərlər, coğrafi isimlərlə adlandırırlar. Təəccüblü deyil ki, artıq domenlərin də "qara bazarı” formalaşıb.

    Azərbaycana məxsus domen adları Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki, sonluğu "com.”, "edu.”, "org.” olan domenlərin qeydiyyatı ilə bağlı məhkəmə kifayət qədər açıqdır, şəffafdır. Bu domenlərin qeydiyyatına bir şərtlə məhdudiyyət qoyulur. Əgər istədiyin domen adı intellektual mülkiyyətdirsə, obyektdirsə, ticarət nişanıdırsa, onu heç kəs ala bilməz. "Məsələn: cococola.com, microsoft.org, qalan digər adlar məsələn, azərbaycan.com, onu kim tez yuxudan dursa o alacaq. Ola bilsin ki, domeni kimsə alıb və resursa uyğun olmayan anti-reklama, porno reklama başlayarsa, bunun hüquqi çəkişmələrini aparmaq olar”.

    İnternetdə Azərbaycana məxsus coğrafi adların alınması müstəqillik qazanandan sonra reallaşmağa başladı. Xaricdə yaşayan erməni əsilli biznesmenlər Azərbaycanın demək olar ki, bütün regionlarının adlarını ikinci dərəcəli domen kimi qeydiyyatdan keçiriblər. Osman Gündüz bütün bunların günahını Azərbaycanda internetə məhdudiyyətlərin qoyulması ilə əlaqələndirir. "Vaxtilə bizimkilər yatıblar, internetdə gəlişdirmələr edə bilməyiblər, cəld kim tərpənsə, domen adı o da alacaq. Bizim ən tanınmış coğrafi terminlərin adları ilə bağlı domenlərin ələ keçirilməsi internetin inkişafı ilə bağlıdır. Vaxtilə biz də internetdə kifayət qədər məhdudiyyətlər vardı, yəni internetə telefon xətti ilə girənlərdən 4 manat pul alırdılar. Bizdə internetin qarşısını almaq üçün tədbirlər həyata keçirilən zaman, ermənilər adlarımızı almaqla məşğul idilər”.

    ".az” domeni 25 avqust 1993-cü ildə qeydiyyata alınıb

    Azərbaycanda domen ".az”-ın qeydiyyatı ilə bağlı səlahiyyət uzun müddət "AzCom” şirkətinə məxsus olub. 2008-ci ilin əvvəllindən isə milli domenin qeydiyyatı ilə real şəkildə İNTRANS şirkəti məşğul olur. Şirkət tərəfindən hazırlanmış axtarış sistemi vasitəsilə, ".az” domeni haqqında məlumatı əldə etmək olur.

    Böyük pula bəzi domen adları almaq olar

    www.baku.net (2001-ci ildə Hindistanda alınıb), www.baku.tv (2004-cü ildə alınıb), www.baku.co.uk, www.ordubad.com (Honk-Konqda alınıb), www.nakhchivan.com (2000-ci ildə İngiltərədə alınıb), www.babek.am, www.susha.net, www.sumqait.info ( Ashot Amatuni, 2003-cü ildə Yerevanda qeydiyyatdan keçirilib), www.nakhchivan.net, www.yevlakh.com, www.yevlakh.net (1999-cu ildə Amerikada alınıb) və s. Onlarla belə ünvanlar erməni əsilli şəxslər tərəfindən alınıb, müxtəlif məqsədlərlə istifadə edilir. Həmin domen ünvanların bəziləri külli miqdarda pul müqabilində satışa çıxarılıb. Hətta razılaşma yolu ilə böyük pul verib həmin adları almaq mümkündür. Təbii ki, Azərbaycanın büdcəsi belə ünvanları almaq üçün yetərli deyil.

    Hansı tədbirlər görülməlidir?

    Osman Gündüz Azərbaycana məxsus domen adların geri qaytarılması ilə bağlı iki çıxış yolunun olduğunu bildirir: "Beynəlxalq arenalarda bununla bağlı hüquqi müstəvidə mübarizə aparmaq mümkündür. Ancaq bu yol kifayət qədər çətin və uzundur. Digər yol daha səmərəlidir. Yeni adlardan istifadə edib, yeni bir bir internet resursu yaratmaq və reklamına başlamaq lazımdır”.

    Azərbaycanda "az.” domeninin qeydiyyatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan proseslər hələ həyata keçirilməyib. O.Gündüz qeyd edir ki, Rabitə İnformasiya Texnologiyalar Nazirliyi tərəfindən qeyri-qanuni olaraq İntrans şirkətinə məktub verilib, İCANN-da qeydiyyatdan keçib və Azərbaycanda domen adlarıyla məşğul olmaq ona tapşırılıb. "Bu səlahiyyət İnternet ictimaiyyətilə razılaşmadan verilib. Halbuki, "Telekommunikasiya haqqında” qanunda yazılıb ki, domen adlarının qeydiyyatı nazirlik tərəfindən əlaqədar qurumlarla birgə həyata keçirilməlidir”.

    Azərbaycana məxsus və sonluğu .com, .edu, .gov, .net, .biz və s. ikinci səviyyəli domenlə olan adlarımızın demək olar ki, hamısı alınıb. Ermənilər informasiya müharibəsində qalib gəlmək üçün əllərindən gələni edirlər. Beynəlxalq ictimaiyyət bilgiləri həmin saytlardan alır. Azərbaycanda isə anti-təbliğatın qarşısını almaq üçün demək olar ki, heç bir tədbir həyata keçirilmir. Nəzərə almaq lazımdır ki, müharibə şəraitində olan ölkə üçün informasiya müharibəsində qalib gəlmək vacib məsələlərdən biridir.
    Bölmə: Xəbərlər | Müəllif: TaRanTuL
    Baxılıb: 1035 | Yüklə: 0 | Şərh: 3 | Reytinq: 0.0/0 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
    Nick:
    Şifrə:
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 1
    Qonaq: 1
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2016