İstədiyinizi bu məkanda axtarın 5, 01.11.2024, 02:40
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 2622
    Ana Səhifə » » Eylence(+18)

    Qadınlara bəzi məsləhətlər
    [ ] 07.06.2012, 22:07

    Qadınlara bəzi məsləhətlərYüz illər boyu hər eldə-obada hamilə qadının doğuşuna kömək edən və bir sıra qadın xəstəliklərinin müalicə edilməsilə məşğul olan xalq təbabətinin bir çox sirlərini bilən «mamaça qadın»lar fəaliyyət göstərmişlərlər. Dəfələrlə sınaqdan çıxarılmış və necə deyərlər həyat vəsiqəsi almış müalicə üsullarının əksəriyyəti bu gün də öz əhəmiyyətini itirməmişdir. Bunu faydalı hesab edərək bir çox qadın xəstəliklərinin təbii vasitələrlə müalicə üsullarını nəzərinizə çatdırırıq.***


    İki xörək qaşığı miqdarında evkalipt yarpağını qurudub xırda-xırda doğrayın, sonra emallı qazana töküb üzərinə 1 stəkan qaynar su əlavə edərək su hamamında 15 dəqiqə qızdırın. Otaq şəraitində 45 dəqiqə saxlayın. İki qat tənzifdən süzün. Qadın cinsi orqanında soyuqdəymə və iltihab varsa bu dəmləmə ilə cinsi orqanı yumaq, yaxud tampon qoymaqla xəstəliyi yox etmək olar. ***


    Yumurtalığın iltihabı zamanı xəstə mümkün qədər çiy və bişmiş halda çoxlu -boranı (balqabaq) yeməli dir. Boranını xırdalayıb, döyüb, sıxıb şirəsini çıxarmaq və bacardıqca çox içmək xüsusilə faydalıdır. Əgər iltihab nəticəsində küclü qanaxma varsa onda quşəppəyi bitkisindən istifadə edilməlidir. Bir qaşıq xırda doğranmış quşəppəyini bir sləkan qaynar suda dəmləyib isti halda birdən içmək lazımdır. Müalicə dövründə cinsi əlaqəyə girmək olmaz.
    ***


    Bəzi səbəblərdən qadının uşaqlığında qaşınma əmələ gəlir. Bu xəstəliyi aradan qaldırmaq üçün belə bir qarışıq hazırlamaq tövsiyyə olunur. Nanənin yar paqlarından, narın qabığından və döyülmüş mərci dən eyni miqdarda götürün, emallı qaba tökün, üzərinə meyvə şərabı əlavə edin və vam odda bişirin, sonra tənzifdən keçirin. Alınan qarışıqda pambıq və ya təmiz tənzifi yaxşıca isladın və cinsi orqana tampon qoyun.
    ***


    Qaşınma zamanı belə bir müalicə xeyirlidir. Eyni miqdarda limon və naringi tumunu götürün, onu qı zmar dəmir parçasının üstünə tökün. Tumlar yananda həmin dəmir parçasının üstünə çömbəlin, cinsi orqanı həmin tüstüyə verin. Bir neçə dəfə belə edin qaşınma dəf olunacaqdır.
    ***


    Bəzi qadınların uşaqlığından yumurta ağına bənzər ağ maye gəlir. Bu müxtəlif səbəblərdən əmalə gələ bilər, Bu halı aradan qaldırmaq üçün qadınlar 1 xö rək qaşığı zəyi 1 stəkan suda həll edib, şırınqa ilə özlərini yumalıdırlar. Bundan əlavə boymadərən çi çəyi və çöl çiçəyinin kökünü (xırdalanmış halda) bə rabər miqdarda götürüb qarışdırmalı, I xörək qaşığını I stəkan qaynar suda dəmləməli və gündə 3 stəkan içməlidirlər.
    ***


    Daha bir üsul, şam ağacının iynələrindən alınan həlimlə vanna qəbul etməkdir, Şam ağacının iynələ rini döyüb, ondan yarım kq. götürüb 2 litr suda yarım saat qaynadırlar, qazanı ağzı bağlı halda 15 dəqiqə saxlayıb sonra tənzif torbadan süzürlər. Həlimi isti su ilə doldurulmuş vannaya töküb qarışdırır xılt olan tənzif torbanı isə vannaya atırlar. Bundan sonra 15—20 dəqiqə vanna qəbul edirlər.
    ***


    Palıd ağacının xırda köklərini qaynar suda dəmə qoyub sonra süzüb və alınan həlimlə gündə 2 dəfə cinsi orqanı yumaq da xeyirlidir. Müalicə müddətində əlaqə dayandırılmalıdır.
    ***


    Çətin doğuşdan sonra bəzi hallarda qadınların ayaq damarları partlayır. Gücə düşmə nəticəsində damarların partlaması onlara əziyyət verir. Bu halı aradan qaldırmaq üçün çaytikanı şirəsindən istifadə edilməlidir. Çaytikanı meyvələrini təmiz yuyub ət ma-şınından keçirməli, tənzifin arasına yığıb, sıxıb şirəsi çıxarılmalıdır. Həmin şirə damarlar partlayan nahiyəyə sürtülməli və tənziflə sarınmalıdır.

    ***


    Uşaqlıq qanaxmaları ara vermirsə qırxbuğumdan istifadə etmək məsləhətdir. Onun qurudulmuş yerüstü hissəsindən 20 qr. götürüb bir stəkan qaynar suda 15 dəqiqə dəmləyib süzün, gün ərzində bir neçə dəfə yarım stəkan miqdarında için. ***


    Quşəppəyi də bu cəhətdən xeyirlidir. Onun tərkibində «K» vitamini vardır. Buna görə də o qankəsici təsirə malikdir. Xalq təbabətində quşəppəyinin qurudulmuş yerüstü hissəsindən həlim hazırlanır qan kəsici kimi tətbiq edilir.
    ***


    Bağayarpağı da uşaqlıq qanaxmalarında mühüm rol oynayır. Bunun üçün böyük bağayarpağının yerüstü hissəsindən (təzə halda) 20 qr. götürüb bir stəkan qaynar suda dəmləyib içmək və həmin dəmləmədən uşaqlığa yeritmək lazımdır.
    Böyük bağayarpağı həmçinin xroniki qanaxmalarda xeyirlidir. Onu çay kimi dəmləyib gündə bir neçə dəfə içmək faydalıdır. Bu çəhətdən böyük bağayarpağı həlimini ( bərabər miqdarda) sirkə ilə, qarışdırmaq içmək də məsləhət görülür.
    ***


    Bəzi hallarda aybaşı zamanı qan çox axır. Mamaçalar bu vəziyyəti aradan qaldırmaq üçün düyünü qovurub üyütməyi və turş ayranla içməyi qadınlara tövsiyyə edirlər.***


    Güclü aybaşı zamanı bir qədər cəfəri kökünü doğrayıb cövhərini çəkib 2 stəkan isti halda bir-birinin ardınca (su içən kimi) içmək lazımdır.
    ***



    Ləng gedən aybaşını normallaşdırmaq üçün xardal (bir vannaya 100 qr. quru xardal töküb qarışdırmalı) vannası qəbul etmək məsləhət görülür. ***


    Aybaşından sonra qanaxma halları da baş verə bilər. Bu zaman mamaçalar belə bir müalicəni sınaqdan çıxarıblar. Bir parça dəmiri qızarana qədər qızdırıb qabın içinə bir qədər süd tökərək qızarmış dəmiri südün içinə salmışlar (yəni dağlamışlar). Dovşandodağı bitkisinin quru çiçəklərindən dəmləmə hazırlayaraq həmin dəmləmə ilə darlanmış südün 100 qr. Içməyi məsləhət bilmişlər.***




    Bu cəhətdən eyni miqdarda limon və naringi şirə-sini vam odda qatılaşanadək qaynadıb, gündə bir neçə dəfə içmək də yaxşı nəticə verir.***



    Eyni miqdarda sumax, heyva dilimləri və tumu çı~ xarılmış ərəb xurmasının qarışığından həlim də aybaşından sonrakı qanaxmaya xeyirlidir. Gün ərzin-də 4—5 dəfə içmək lazımdır.***



    Əziyyət verən düzgün keçməyən aybaşı zamanı rus turkəçarəçiləri belə mualicədən istifadə edirlər. Bir xörək qaşığı qatırquyruğunu çaynikdə dəmləməli. Güclü qanaxma zamanı ondan hər 2 saatdan bir xörək qaşığı ilə içməli, əgər qanaxma nisbətən azalsa, onda həmin dəmləmədən gündə 3 dəfə, hər dəfədə bir xörək qaşığı qəbul etmək lazımdır.***




    Bəzi qızlar bakirəliyini itirəndə güclü ağrılara və halsızlığa məruz qalırlar. Mamaçalar belə halda iri ləyənə yaxud kiçik vannaya zeytun yağı ilə şərabın qarışığını töküb, ağrıdan əzab çəkənə kömək edirlər.***




    Qadınların bəziləri müvəqqəti olaraq uşağa qalmaq istəmir. Əgər o 3 -qr. zəfəran yesə 6-7 ay hamiləlikdən xilas olar.***




    Muxtəlif səbəblər üzündən bəzi qadınlar bətnindəki uşağı saldırmaq istəyir. Buna nail olmaq üçün qadın 2,5 qr. Çörək otu qəbul etməlidir. Bununla da o çox asanlıqla hamiləlikdən (istər uşaq diri olsun, istərsə də ölü) xilas olar.***





    Uşağın salınmasında təsirli vasitələrdən biri buxurməryəm ( novruz gülü ) bitkisidir.Bu çiçəyin şirəsini çəkib iri bir parçaya hopdurub qadının qarnına bağlayırlar. Bununla bərabər bir parça pambığı həmin şirədə isladıb qadının cinsiyyət orqanına salırlar.***




    Çin darçınını boyaq otu ilə qarışdırıb (bərabər miqdarda) şirəsini çəkirlər, Həmin şirə ilə tampon hazırlayıb qadının cinsi orqanına qoyurlar. Bu da hamilə qadının uşaq salmasına səbəb olur.***


    Acı yovşandan həlim hazırlasan həmin həlimi hamilə qadının cinsi orqanına töksən uşaq salar.***


    Bir qədər gənəgerçək yağını ardıc qozaları ilə
    (döyülmüş halda) qarışdırıb alınan məlhəmi qadının cinsi orqanına yeritsən bətnindəki uşaq düşər.***




    Vaxtından əvvəl uşaq salmanın qarşısını almaq üçün hamilə qadın bir müddət hər gün bir dəfə sarımsaq qatıqla kərə yağda qovrulmuş pencər sıxması yeməlidir. ***


    Zəngin təcrübəyə malik olan mamaçalar müəyyən əla-mətlərlə ananın bətnindəki uşağın oğlan və ya qızlığını müəyyən edirlərmiş. Məsələn, hamilə qadının qarnının şişkinliyi yanlara yayılırsa deməli uşaq qızdır, əkər şişkinlik irəli (qabağa) doğru meyillidirsə oğlandır.
    ***



    Əgər qadın hamilə olanda cinsi əlaqəyə girməyə çox meyl göstərirsə bu o deməkdir ki, bətnindəki qız uşağıdır, az meyllidirsə onda oğlan uşağıdır. ***



    Mamaçalar hamilə qadının döşündən bir az süd sağıb onu boşqabın içindəki suya tökürlərmiş. Əgər süd qabın dibinə çökərsə deməli qıza hamilədir. ,Yox əgər süd suyun üstündə qalsa bətnindəki oğlandır.***


    Hamilə qadın qarnının ağarlığını sağ tərəfdə hiss edərsə bu o deməkdir ki, oğlan doğacaq. Çünki oğlan uşağı əsasən sağ tərəfdə yerləşməyə meyllidir.***



    Oğlana hamilə olan ananın sol döşünə nisbətən əvvəlcə sağ döşü böyüməyə, şişməyə başlayır.***



    Bətnində rüşeym olan qadınların qız və ya oğlan doğacaqlarını nəbz vurğuları ilə də müəyyən etmək olar. Əgər hamilə qadının nəbzi sağ tərəfdə (sola nisbətən) tez-tez vurursa deməli oğlan doğacaqdır.***



    Əgər hamilə qadının ayaqlarında tez-tez şiş əmələ gəlirsə bu onun əlamətidir ki, bətnindəki qızdır.
    ***



    Qadın hamiləlik vaxtını düzgün bilirsə o bətnindəkinin oğlanlığı və ya qızlığını özü müəyyənləşdirə bilər . Çünki oğlan ana bətnində 3 aydan sonra, qız isə 4 aydan sonra tərpənməyə başlayır.***



    Əgər hamilə qadın bir şey götürmək istəyəndə sağ əlini uzadırsa yaxud bir qədər ayaq üstə dayanandan sonra hərəkət etməyə başlayanda əvvəlcə sağ ayağını atarsa bu əlamətlər ona dəlalət eləyir ki , ananın oğlu olacaqdır.***




    Hamilə qadınlar cirəni bişirib şəkərlə yesələr üzləri yaxşılaşar. ***


    Xalq təbibləri buyururlar ki, dazı otundan çəkilən yağ doğuşdan sonra qadınların döşündə əmələ gələn vəz şişlərini aradan qaldırmaq gücünə malikdir.

    P.S. Fikirlərinizi bildirməyi unutmayın suallarınızı gözləyirəm
    Bölmə: Eylence(+18) | Müəllif: TaRanTuL
    Baxılıb: 6467 | Yüklə: 0 | Şərh: 2 | Reytinq: 0.0/0 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 1
    Qonaq: 1
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2024