Səndən başqasını əsla sevməyəcəyəm... - Sevgi dünyası <!--if()-->- <!--endif--> - Sizin SayTiniz - Sizin istediyiniz her şey burada mövcuddur

İstədiyinizi bu məkanda axtarın Bazar, 11.12.2016, 16:49
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 2563
    Ana Səhifə » » Sevgi dünyası

    Səndən başqasını əsla sevməyəcəyəm...
    [ ] 08.11.2008, 08:29


    Hüzn ulduzları parlayır bu gün göy üzündə.Bu gecə yenə için-için yanıram. Oturub səni düşünüb ağlayıram.Səni, gedişini, sevməyini, hər şeyini.Unutmur səni bu yaralı qəlbim.Etdiklərini xatırlayıb peşman olur.Səni düşünürəm bu gecə, qaranlıq göy üzündə parlayan ulduzları seyr edirəm.Onları sənə benzədirəm.Qaralmış qəlbimin kənarında yanan məşəl kimi.Səni düşünürəm bu gecə, məni sevdiyini, mənə necə baxdığını, mənə necə güldüyünü, əllərimi necə tutduğunu, əllərini necə tutduğumu.Yüksələn bir atəş kimi sevgimizin necə çoxaldığını və bir gün anidən buraxıb getdiyini, son vidanı xatırlayıram. Gözlərimə ağlarcasına baxdığını, gözlərini qəlbimə basdırdığımı xatırlayıram. Bir daha çıxmasın deyə.Onsuzda çıxa bilmədilər qəlbimdən gözlərin.Ölülər dirilirlər ki, basdırılanlar çıxsın getsin? Getdin son bir vida ilə gözü yaşlı, əlimdə sərin, arxandan dəqiqələrcə baxdım ağlamaqlı, sıxıldım, üzüldüm, pərişan oldum, ama ağlamadım.Ağlaya bilmədim əngəl oldu qürurum, əngəl oldu sevgim.Uzaqlara getdin, bəlkə bir daha əsla dönməmək üzrə gözlədim səni dəlilər kimi, hələ də gözləyirəm... Daim səni xəyal edib, daim səni düşündüm.Səsini eşitdikcə yaşar, eşitmədikcə ölürdüm.Axtardın məni aylarca, bir sevgi uğrunda.Heyf ki, tərk edildin, bir səhv uğrunda, üzüldün, ağladın, bağışladın, ama həmişə də sevdin, məni sevdin.Gülüm məni, qəlbi qırıq vəfasızı.Yenə tərk edildin, yenə unuduldun, sevdanla baş-başa buraxıldın, yenə qırıldın, yenə ağladın, ama bu səfər bağışlamadın.Sevdiyini ən sevincli günündə öldürdün və arxana baxmadan getdin.Məni mənle baş-başa buraxdın.Yıxıldım, üzüldüm səndən ayrılanda.Qaldım çarəsiz, sevgisiz və bir də sənsiz... Onsuzda həmişə sənsiz idim, ama indiki kimi deyil.Dağılmış bir qəlbə sahib oldunmu sən heç? Parça-parça edilmiş, sökük və viranə, bir o qədərdə vəfasız.Əvvəllər üzüldüm, ama heç vaxt ağlamadım, gəldi keçdi deyib, səni də gözlərin kimi qəlbimə basdırdım.Unutdum dedim, unudacağam dedim, unuda bilmədim, unutmaram dedim.Əvvəl gözlərin sonra sən çıxdın qəlbimdən.Bir vicdan əzabı başladı ölü üreyimdə, qəlbimdə heç bir şey qalmadı səndən başqa.Xatirələrin, gözlərin və sözlərin.Şerlərini gətirdilər mənə, məni öldürən şerlərini.Vəfasız dediyini eşitdim, yıxıldım, səni düşündüm gecələrcə, daim tək başıma.Şerlərin öldürdü, həsrətin yandırdı ürəyimi üzüldüm, qırıldım, yıxıldım və en sonunda ağladım. 3 nəfərlə ağladıq sənə.Mən, qəlbim və gözlərim.Sənin üçün yandım, səni sevdim, səni xatırladım hər yerdə. Günlərcə bir gün səsini eşitmək ümidiylə telefon zəngini gözlədim.Telefon çalmayıb həsrət qalınca ağladım-ağladım.Sənə etdiklərimi ancaq o zaman anladım.Eşitdim ki, qəlbini verməmisən heç kimə, içində məni görərlər deyə, mən də heç kəsə vermədim içində səni görərlər deyə.Göy üzü ulduzlarla doluydu mən həmişə səni düşünərkən hüzn ulduzları qoydum adını.Səni xatırladırlar deyə.Eyni onlar kimi səndə məndən cox uzaqlardaydın.Həmişə göz qırpardın uzaqdan səssizcə.Mənsə daim səni gözlədim, qırıq qəlbim, yaşlı gözlərimlə.Bəzən xəyala gedirəm, səni düşünürəm, ağlayıram, səni və sevgini axtarıram qəlbimdə.Düşmür adın heç dilimdən.Gülüm öləcəyəm bir gün mən sənin sevgindən, sənin dərdindən.Bir gün görəcəm səni bəlkə.Sən məni unutmuş, mənim olmayan səni.Elə o an sevgimin göz yaşını xatırlayacağam və yenə bir kənarda oturub ağlayacağam.And içdim sənin üstündən başqasını sevməyim deyə.Və hər zaman, hər yerdə tekrarlayıram.Səni unutmaq üçün öldürsələr belə, qarşılıq olaraq dünyanı versələr belə, darağacı qurub edam etsələr belə səndən başqasını əsla sevməyəcəyəm...
    Bölmə: Sevgi dünyası | Müəllif: Angel
    Baxılıb: 400 | Yüklə: 0 | Reytinq: 0.0/0 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
    Nick:
    Şifrə:
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 1
    Qonaq: 1
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2016