Azerbaycan Dovlet Beden Terbiyesi ve Idman Akademiyasi - >>TƏHSİL<< <!--if()-->- <!--endif--> - Sizin SayTiniz - Sizin istediyiniz her şey burada mövcuddur

İstədiyinizi bu məkanda axtarın Bazar, 26.10.2014, 00:35
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 1645
    Ana Səhifə » » >>TƏHSİL<<

    Azerbaycan Dovlet Beden Terbiyesi ve Idman Akademiyasi
    [ ] 26.11.2009, 01:57


    Ölkəmizin öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuş və cənubi Qafqazda bu tipli yeganə olan ali məktəb ilk dəfə 39 nəfər bədən tərbiyəsi və idman mütəxəssəsi bitirmişdir. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır.

    1941-ci ildə başlayan II dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün silaha sarıldı, onların bir qismi isə - Z. Rzayeva, Ə. Babayev, L. Baqriy, Q Qəniyev, S. Əliyev, V. Litvinova, D. Qədirli və başqaları arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün fədakarlıqla çalışırdılar.

    Müharibədən sonrakı illərdə Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatı yenidən vüsət alır, İdmançılarımız SSRİ çempionatlarında uğurla çıxış edirlər. Yüngül atlet Xandadaş Mədətov ilk dəfə uzununa tullanmaqda SSRİ rekordunu təzələyir. Güləşçilər və boksçular ümumittifaq və beynəlxalq yarışlarda nailiyyətlər qazanırlar. 1952-ci ildə SSRİ-nin iştirak etdiyi ilk Oimpiya oyunlarında sərbəst güləşçi Rəşid Məmmədbəyov ölkəmizə ilk gümüş Olimpiya medalı gətirmişdir. 1950-60-ci illərdə Azərbaycan idmanı daha da inkişaf etmiş, institutun müəllimləri, tələbə və müdavimləri SSRİ-də bir çox yarışların qalibi və mükafatçıları olmuşlar.

    1957-ci ildə voleybol üzrə yarışlarda Azərbaycan idmançıları ilk dəfə SSRİ Kubokunun sahibi oldular. O günlərin qaliblərindən olan professor Oktay Ağayev indi Akademiyanın voleybol kafedrasına rəhbərlik edir. Dörd Olimpiadada iştirak etmiş, 2 qızıl və 2 bürünc medalın sahibi İnna Rıskal, Olimpiya çempionları Rəfiqə Şabanova, Lüdmila Şubina, İlqar Məmmədov, İqor Ponomaryov, Boris Koretski, Lüdmila Savkina, Valeri Belenki, Nazim Hüseynov, 3 qat dünya və Avropa çempionu Məhəddin Allahverdiyev, dünya və Avropa çempionları Xəzər İsayev, Samir İbrahimov, Rövşən Hüseynov, Aydın Niftullayev, Telman Paşayev, Rafiq Hacıyev, Əli Əliyev və başqaları Akademiyanın məzunlarıdır.

    70 il ərzində Akademiyanı 15000-dən çox ali təhsili mütəxəssis bitirmişdir. İndi onların sorağı dünyanın müxtəlif yerlərindən gəlir. Bu kadrların hazırlanmasında institutun professor-müəllim heyətinin, xüsusən SSRİ-nin Əməkdar məşqçiləri A. Ağalarovun, T. Abbasovun, Ş. Şamxalovun,Ə. Səfərovun, R. Baxşəliyevin, İ. Dyaçkovun, T. Bəhramovun, Batyaykinın, Zayontsun, Z. Rzayevanın, B. Nərimanovun xidmətləri qeyd edilməlidir. Hal-hazırda Akademiyada işləyən professorlar Ş. Hüseynov, R. Qayıbov, X. Qurbanov, gənc dosetlər F. Hüseynov, H. Ələkbərov, R. Bağırov və başqaları yuxarıda adları çəkilən müəllimlərin tələbələri olmuşlar.

    1960-cı illərdə bədən tərbiyəsi və İdman əhali arasında yaymaq və gəncləri kütləvi şəkildə idmana cəlb etmək üçün bir neçə qərar qəbul edilmişdir. 1969-cu ildə hörmətli Prezidentimiz Heydər Əliyevin Respublikaya rəhbər seçildiyi ildən institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. 70 il ərzində Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında bu ali təhsil ocağının xidmətləri böyükdür. Akademiya təkcə idmançılar hazırlamayıb, bura həm də böyük elmi-pedaqoci mərkəz olmuşdur. Ali məktəbdə idman və bədən tərbiyəsi sahəsində əsaslı tədqiqatlar aparılmış, metodiki tövsiyələr işlənib hazırlanmışdır. Bu gün Akademiyada 200 nəfərdən professor-müəllim heyəti çalışır. Azərbaycanın Olimpiya hərəkatında irəliləyişi 1997-ci ildən, Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti canab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi dövrdən sonra baş verdi. Olimpiya oyunlarına lisenziya qazanmış 31 idmançıdan 23-ü Akademiyanın tələbələri və məzunları olmuşdur. Məzunlardan Namiq Abdullayev sərbəst güləş, Zemfira Meftahəddinova stend atıcılığı üzrə Sidney Olimpiadasının çempionu olmuş, Vüqar Ələkbərov isə Azərbaycan boks tarixində ilk dəfə olaraq bürünc medal qazanmışdır. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, ölkəmizdə Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildə Milli Olimpiya Akademiyası "Olimpizmin tarixi və fəlsəfəsi" üzrə I konfransını keçirmiş, bu konfransda Rusiyanın və Gürcüstanın Milli Olimpiya Akademiyalarının nümayəndələri də iştirak etmişlər.

    Akademiyanın professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzərində çalışırlar. Onlar idmanın ayrı-ayrı növləri üzrə ölkəmizin yığma komandalarına müntəzəm elmi-metodiki köməklik göstərirlər. Akademiyanın müəllimləri 3 mindən artıq dərslik, monoqrafiya, elmi-metodiki vəsait və məqalinin müəllifidirlər. Son illərdə Akademiyada bədən tərbiyəsi sahəsində gənc elmlər namizədlərinin sayı xeyli artmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 1999-cu il tarixli 42 saylı qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilmişdir. 7 aprel 2001-ci ildə Az. BTİA-nın yaradılmasının 70 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir. Akademiyada keçirilən tədbirdə Azərbaucan Respublikasının Prezidenti İcra Aparatının rəhbəri R. Mehdiyev, Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, baş nazirin müavinləri, bir çox nazirlər, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və başqa rəsmi şəhslər iştirak etmişlər. ABŞ-da olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev işinin çoxluğuna baxmayaraq idmana qayğısını bir daha nümayiş etdirərək Akademiyaya təbrik göndərmişdir. Prezident fərmanı ilə akademiyanın 4 əməkdaşına "Şöhrət" ordeni, 8 nəfərə "Tərəqqi" medalı, 21nəfərə "Əməkdar müəllim" fəxri adları verildi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 yaşı tamam oldu. 70 il çox da uzun olmayan bir dövrdür. Lakin bu olduqca mənalı, zəngin və əaəzsiz bir tarixdir. Əminik ki, Avropa və Asiyanın qovuşağında 70 il əvvəl yandırılmış maarif çırağını Akademiyanın kollektivi bundan sonra da daha gur şölələndirəcək, Azərbaycanın müstəqilliyi, onun idmanın tərəqqisi yolunda əlindən gələni əsirgəməyəcəkdir.

    Bölmə: >>TƏHSİL<< | Müəllif: TaRanTuL
    Baxılıb: 13857 | Yüklə: 0 | Şərh: 61 | Reytinq: 3.8/12 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
    Nick:
    Şifrə:
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 3
    Qonaq: 3
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2014
    Создать сайт бесплатно