İstədiyinizi bu məkanda axtarın 5, 19.04.2024, 20:13
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 2622
    Ana Səhifə » » >>TƏHSİL<<

    Azərbaycan Dövlət İqtisad Universiteti haqqinda
    [ ] 26.11.2009, 01:46



    Tarixi


    Azərbaycan Dövlət İqtisad Universiteti 70 ildir ki, mövcuddur. Bu müddət ərzində Ali məktəbin adı müxtəlif illərdə müxtəlif cür olmuşdur.

    1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. İqtisadiyyat fakültəsinin bazasında isə Ticarət-Kooperativ İnstitutu adlı ali təhsil ocağı təşkil edilib. Beləliklə, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin ilkin əsası Azərbaycan Xalq Komissarları Şurasının 1930-cu il 19 iyun tarixli qərarı ilə Ticarət-Kooperativ İnstitununun bazası əsasında qoyulub. Azərbaycan Ticarət-Kooperativ İnstitutu adı 1933-cü ilədək mövcud olub.

    1933-cü il yanvarın 2-də Azərbaycan rəhbərliyinin qərarı ilə Azərbaycan Ticarət-Kooperativ İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb. Yeni təşkil edilən ali məktəbin tərkibinə Sosialist uçotu, Sovet hüququ, Maliyyə və Plan-iqtisad institutları da daxil edilib. Universitet K.Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu adı altında 1936-cı ilin sonunadək fəaliyyət göstərib.

    1936-cı il dekabrın 30-da Azərbaycan Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu da aid edilib. Bu institut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və müstəqil bir ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayına kimi mövcud olub.

    1941-ci ildə SSRİ ilə Almaniya arasında müharibə başlandığına görə bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində İqtisadiyyat fakültəsi kimi mövcud olub.

    1944-cü il sentyabrın 16-da Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa olunması barədə qərar verilib. Bu qərarın əsasında isə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yanvarın 1-dən fərdi qaydada-heç bir ali məktəbə tabe olmadan işə başlayıb.

    Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun belə müstəqil fəaliyyəti 1959-cu ilədək davam edib. 1959-cu ilin mart ayında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və o yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilib. Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması əvvəlcə "Ümumi iqtisadiyyat" fakültəsində, 1962-ci ildən etibarən "İqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələrində aparılıb. Adı çəkilən hər iki fakültə 1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin tərkibində qalıb.

    1966-cı ilin fevral ayında Universitetin müstəqil fəaliyyəti Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı adı ilə bərpa olunub. Bu barədə qəbul edilən qərarla 1966-cı il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin tərkibindəki "Ümumi iqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələri, eləcə də Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisadçı fakültəsinin bir neçə yeni ixtisası təzə təşkil edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ixtiyarına verilib. Müstəqil işləyən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ilə qədər mövcud olub.

    1987-ci ilin oktyabr ayında Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı bazasında yeni Azərbaycan Dövlət İnstitutu yaradılıb. Bu adla ali təhsil ocağı 2000-ci ilədək mövcud olub.

    Nəhayət ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 2000-ci il 13 iyun tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq - Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb.

    Elmi potensialı
    Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin ən aparıcı və potensial gücə malik ali məktəblərindən biridir. İndi Universitetin 11364 tələbəsi (bakalavr), 20 fakültədə 47 ixtisas üzrə 738 magistri var. Onlara 56 kafedrada 805 müəllim dərs deyir. Müəllimlərdən 59-u professor, 49-u elmlər doktoru, 395-i elmlər namizədi, 302-si isə dosentdir.

    Universitetdə tədris intizamının gücləndirilməsi, təhsilin və elmi araşdırmaların səviyyəsinin yüksəldilməsi, həmçinin müəllimlərin və tələbələrin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün maksimum şərait yaradılıb. Dünyadakı qlobal iqtisadi problemlərlə daha yaxından tanış olmaq və tədrisin səviyyəsini yüksəldib beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədilə universitetimiz İNTERNET sisteminə qoşulub. Azərbaycan Dövlət İqtisad Universitetində müasir standartlara uyğun aparılan elmi aşadırma işləri dövrün real iqtisadi problemlərinin həllini tapmağa imkan verir.

    Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyatın bütün sahələrini təmin etmək üçün yüksək səviyyəli, peşakar kadrlar hazırlayan yeganə ali məktəbdir. İqtisad Universitetində öyrədilən ixtisaslar bunlardır:

    Mühasibat uçotu,
    Statistika,
    Beynəlxalq iqtisadi əlaqələr,
    Gömrük işinin təşkili və idarə olunması,
    Kommersiya,
    Biznesin təşkili və idarə olunması,
    Əmtəəşünaslıq,
    İnformatika,
    Reklam işi,
    İqtisadiyyatın dövlət tənzimlənməsi,
    Qiymətlərin və sertifikatların standartlaşdırılması,
    Dizayn
    və s.
    Azərbaycan Dövlət İqtisad Universitetinin zəngin maddi-texniki bazası tədrisin və elmi araşdırmaların beynəlxalq standartlara uyğun aparılmasına imkan verir. Universitetin tədris auditoriyaları, laboratoriya, redaksiya və mətbəə, idman zalı, səhiyyə məntəqəsi, yeməkxana, kompyuter zalı, istirahət zonası, sağlamlıq düşərgəsi var.

    Universitetin alimləri müasir iqtisadiyyat elminin ən müxtəlif sahələri üzrə fundamental araşdırmalar aparır, müasir iqtisadi nəzəriyyənin əsaslarını hazırlayırlar. Bu ali məktəbin elmi potensialı müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Həmçinin universitetin mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurmaq mümkün olub. Bu sırada Fransanın Monpelye I, Türkiyənin "Mərmərə", Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belorusun Dövlət Universitetləri, Bonn Universiteti, Amsterdam Universitetinin adlarını xüsusilə çəkmək lazımdır.

    Azərbaycan Dövlət İqtisad Universiteti "Soros", "Tasis", "Tempus" və s. beynəlxalq proqramların fəal iştirakçısıdır. Xarici Ölkələrin ali təhsil müəssisələri ilə Universitetin müəllim-tələbə heyəti arasında təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı kadr hazırlanmasına böyük önəm verilir. İndi Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyədən, Livandan, Suriyadan, İordaniyadan, Yəməndən, Rusiyadan və Türkmənistandan xeyli tələbə təhsil alır.


    Bölmə: >>TƏHSİL<< | Müəllif: TaRanTuL
    Baxılıb: 2925 | Yüklə: 0 | Reytinq: 1.0/1 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
    Nick:
    Şifrə:
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 1
    Qonaq: 1
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2024