Azərbaycan Dövlət Pedaqoji Universiteti - >>TƏHSİL<< <!--if()-->- <!--endif--> - Sizin SayTiniz - Sizin istediyiniz her şey burada mövcuddur

İstədiyinizi bu məkanda axtarın 5, 02.12.2016, 23:02
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 2562
    Ana Səhifə » » >>TƏHSİL<<

    Azərbaycan Dövlət Pedaqoji Universiteti
    [ ] 26.11.2009, 01:55


    XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın ən mühüm pedaqoji problemlərindən biri milli müəllim kadrlarının hazırlanması idi. Azərbaycanda müəllim hazırlayan tədris müəssisələrinin olmaması bu sahədə böyük çətinlik yaratmışdı. Azərbaycanlı müəllimlər əsas etibarilə Qori Müəllimlər Seminariyasında və Tiflis Müəllimlər İnstitutunda hazırlanırdı. XIX əsrin 80-ci illərindən 1918-ci ilə kimi həmin təhsil müəssisələrini 262 nəfər azərbaycanlı bitirmişdi.
    Millətin tərəqqisinin məktəbdən, məktəbin tərəqqisinin isə müəllimdən asılı olduğunu söyləyən N.Nərimanov və onun həmfikirləri F.Köçərli, H.Zərdabi, Ü.Hacıbəyov, A.Səhhət, A.O.Çernyayevski, S.Vəlibəyov, M.Mahmudbəyov, F.Ağazadə, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə ana dilində dərs deyə biləcək müəllimlərin hazırlanmasını dövrün əsas tələbi kimi qiymətləndirirdilər. Mətbuat səhifələrində Azərbaycanda müəllimlər seminariyasının açılması, Qori Müəllimlər Seminariyasının Güney Qafqazın müsəlman şəhərlərinin birinə köçürülməsi qızğın müzakirə olunurdu. Xalqın təhsillə bağlı istək və arzularını ADR (1918-1920) reallaşdırırdı. ADR hökumətinin maliyyə yardımı ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax şəhərinə köçürüldü. Şərqdə ilk dünyəvi təhsil ocağı olan Bakı Dövlət Universiteti yaradıldı, mövcud məktəblərin böyük əksəriyyəti milliləşdirildi, xeyli yeni ibtidai və orta məktəb açıldı, milli dərsliklər nəşr edildi. Ölkədə təhsil sistemini nizama salmaq, milli təhsilin möhkəm bünövrəsini qoymaq məqsədilə həmin dövrdə Azərbaycan Xalq Maarif Nazirliyi yaradıldı. Nazirlik bir sıra ali və orta ixtisas müəssisələrinin açılmasını planlaşdırsa da, onu reallaşdıra bilmədi.
    Azərbaycan Parlamentinin fövqəladə iclası 1920-ci il aprelin 27-də axşam saat 11-də səs çoxluğu ilə hakimiyyəti müsəlman kommunistlərə vermək haqqında qərar qəbul etdi. Respublikada hakimiyyəti yeni yaradılan oyuncaq Müvəqqəti Hərbi İnqilab Komitəsi ələ keçirdi . Komitənin 1920-ci il 28 aprel tarixli əmri ilə maarif sistemi yenidən quruldu və D.X.Bünyadzadə xalq maarif komissarı təyin olundu. Azərbaycanın böyük iqtisadi və mənəvi potensialından sovet imperiyasının mənafeyinə səmərəli istifadə etmək üçün müəyyən bilik və bacarığa malik işçilər hazırlamaq lazım gəlirdi. Həmin məqsədlə 20-ci illərdə yeni təhsil sistemi təşkil edildi.
    Azərbaycan ali məktəblərinin daxili həyatında 60-cı illərin sonunda yaranan böhran tədrisin və ixtisaslı pedaqoji kadrların hazırlanmasına mənfi təsir göstərirdi. Başqa ali məktəblərdə olduğu kimi, ADPİ də ciddi problemlərin həllində mühüm çətinliklərlə rastlaşırdı.
    Respublikanın keçmiş rəhbərliyi institutların fəaliyyətinə nəzarət edə bilmirdi. Azərbaycanın yeni rəhbərliyinə gələn Heydər Əliyevin ali məktəblərə xüsusi diqqət və qayğısı nəticəsində ADPİ-də əsaslı dəyişikliklər müşahidə edildi.
    Universitetimizin professor-müəllim heyəti və tələbə kontingenti dövlətimizin güclənməsi, təhsilimizin inteqrasiyası istiqamətində qarşıda duran vəzifələri dərindən dərk edir, öhdəsinə düşən vəzifəni tam məsuliyyəti ilə yerinə yetirirlər.
    Rektorluğun tapşırıq və göstərişlərinin tələbə, professor-müəllim, inzibati-texniki işçilər tərəfindən operativ həyata keçirilməsində prorektorların (prof. M.Cəbrayılov, prof. V.Əliyev, prof. R.Baxşəliyev, dos. V.Mehrabov, S.Hüseynov) rolu xüsusi qeyd olunmalıdır. Universitetin maliyyə-təchizat sisteminin nizama salınmasında və əməli fəaliyyətində mühasibat kollektivi (baş mühasib N.İ.Musayev – 40 ilə yaxındır ki, bu vəzifədə çalışır) böyük əmək sərf edir. Universitetin Elmi şurası məsələləri təsdiq olunmuş plana uyğun şəkildə müzakirə edir, müvafiq qərarlar çıxarır və tədris prosesinin, elmi işlərin müasir tələblər səviyyəsinə çatdırılmasında mühüm rol oynayır. Universitetin tədris-metodiki işlərinin təşkili və tədris yüklərinin normativ sənədlərə uyğun tərtib edilməsini tədris hissəsi (dos. V.S.Həsənov, dos. A.Z.Namazov, dos. İ.Bayramov) həyata keçirmişdir.
    ADPU-nun rəhbərliyi Universitetin beynəlxalq əlaqələrinə ciddi fikir verir. ADPU ilə Fransanın Strasburq Universiteti arasında qarşılıqlı müqavilə bağlanmışdır. Bir neçə ildir ki, universitetdə yeni ixtisaslar – fransız dili, psixologiya, biologiya-gigiyena, ingilis dili üzrə tələbələr qəbul olunur. Kompüter zallarının, yeni əsaslı kitabxananın, muzeylərin, «Heydər Əliyev vətənpərvərlik məktəbi» üçün auditoriyanın yaradılması da son illərin nailiyyətləridir.



    Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilindən 85 ildən çox keçir. Bu illər ərzində Pedaqoji Universitet böyük inkişaf yolu keçmiş, zəngin ənənələrə malik şöhrətli elm və tədris ocağına çevrilmişdir.
    Fizika, riyaziyyat, kimya, biologiya, filologiya, tarix, coğrafiya, psixologiya və pedaqogika elminin inkişafındakı diqqətəlayiq xidmətlərinə, pedaqoji və elmi-pedaqoji kadr hazırlığındakı nailiyyətlərinə görə tanınan bu elm məbədgahının respublikamızın qabaqcıl ali məktəbləri arasında özünəməxsus yeri vardır.
    Azərbaycan XKS-nin sədri N.Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunmuş I və II dərəcəli məktəbləri yüksək ixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. O həm də Şərq xalqlarının mədəni-maarif qayələrini təmin etməli idi. Fəaliyyəti dövründə institut bu missiyanı şərəflə yerinə yetirdi, 100 mindən artıq müəllim kadrları hazırladı, bir çox ixtisaslar üzrə elmi-pedaqoji kadr hazırlığının mərkəzinə çevrildi.

    Bölmə: >>TƏHSİL<< | Müəllif: TaRanTuL
    Baxılıb: 1102 | Yüklə: 0 | Şərh: 1 | Reytinq: 0.0/0 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
    Nick:
    Şifrə:
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 1
    Qonaq: 1
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2016