Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) - >>TƏHSİL<< <!--if()-->- <!--endif--> - Sizin SayTiniz - Sizin istediyiniz her şey burada mövcuddur

İstədiyinizi bu məkanda axtarın 2, 06.12.2016, 20:56
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 2563
    Ana Səhifə » » >>TƏHSİL<<

    Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU)
    [ ] 26.11.2009, 02:00



    Yaranma tarixi

    Azərbaycan İnşaat Mühəndisləri Universiteti (AzİMU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930-1934-cü illərdə müstəqil İnşaat və Me’marlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-me’marlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır. AzİMU inşaat sahəsində Zaqafqaziyada ilk və hələlik yeganə ali təhsil müəssisəsidir. Universitet indiyə qədər 25 mindən çox yüksəkixtisaslı me’mar və inşaatçı-mühəndis hazırlamışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.

    Ümumi məlumat

    Mühəndis kadrlarının hazırlanması ilə 700 nəfərdən ibarət professor-müəllim hey’əti məşğul olur. Bunlardan 100 nəfərdən çoxu elmlər dokturu, professor, 400 nəfərdən çoxu elmlər namizədi, dosent və baş müəllimdir. Onlarla yanaşı respublika tikinti kompleksinin aparıcı mütəxəssisləri də tədris prosesinə cəlb edilmişdir.

    Universitetdə 42 kafedra fəaliyyət göstərir. Bunlar sosial-siyasi və humanitar, ümumi elmi, ümumi texniki və ixtisas kafedralarına bölünür.

    Universitetin maddi-texniki bazası ildən ilə möhkəmlənir. Hazırda ali məktəbin ümumi sahəsi 49000 kv.m olan 5 tədris korpusu vardır. Auditoriya fondunun genişlənməsilə bağlı bir çox kafedralar müasir avadanlıqlarla, kompüterlərlə təchiz olunmuş, tədris və elmi tədqiqat laboratoriyaları yaradılmışdır. AzİMU-nun Musabəyov qəsəbəsində yerləşən tələbə şəhərciyində 5 yataqxana korpusu, o cümlədən xarici tələbələr üçün ayrıca doqquz mərtəbəli 2 yataqxana korpusu vardır.

    Tələbələr burada dərslərə hazırlaşmaqla bərabər öz asudə vaxtlarını da xoş keçirə bilirlər. Bunun üçün onlar burada "OCAQ” tələbə klubu, şahmat klubu, idman meydançaları, "Çənki” kinokonsert salonu və tələbə kafesindən istifadə edə bilirlər. Tələbə şəhərciyində sanatoriya-profilaktoriya fəaliyyət göstərir. Universitetin nəzdində tələbə poliklinikası, əsaslı kitabxana, tədris korpuslarında şö’bələri və oxucu salonları, aspirantura şö’bəsi, elmi tədqiqat bölməsi, istehsalat təcrübə şö’bəsi vardır. Öz səhifələrində Universitet həyatını işıqlandıran "İnşaatçı kadrlar” adlı çoxtirajlı qəzet buraxılır.

    Fakültələr

    Tikintinin iqtisadiyyatı və idarə edilməsi
    Bələdiyyə tikintisi və təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi
    Menecment (inşaatda)
    Marketinq (inşaatda)
    Me’marlıq
    Me’marlıq mühitinin dizaynı
    Me’marlıq abidələrinin bərpası və yenidən qurulması
    Bağ, park və landşaft quruculuğu
    Sənaye və mülki tikinti
    Hidrotexniki tikinti
    Bələdiyyə tikintisi və təsərrufatı
    Meliorasiya mühəndis sistemlərinin tikintisi
    İstilik qaz təchizatı və ventilyasiya
    Su təchizatı və suayırma
    Dəmir yol tikintisi və təsərrüfatı
    Avtomobil yolları və aerodromların tikintisi
    Körpülər və nəqliyyat tunelləri
    Tikinti materialları, mə’mulatları və konstruksiyalarının istehsal texnologiyası
    Ağac e’malının texnologiyası
    Çətinəriyən qeyri-metal və silikat materiallarının texnologiyası
    Tətbiqi geodeziya
    Tikinti və tikinti materialları sənaye müəssisələrinin elektrik təchizatı.
    İnşaatda texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması.
    İnşaat, yol maşın və avadanlıqları
    Tikinti materialları və mə'mulatları sənayesi müəssisələrinin maşın və avadanlığı
    Tikinti və tikinti materialları sənayesi müəssisələrinin texnoloji, nəqliyyat maşın və avadanlağının texniki istismarı və servis xidməti
    Materiallar fizikası (inşaatda)
    Materialşünaslıq və yeni materiallar texnologiyası (inşaatda)
    Mexanikləşdirmə və avtomatlaşdırma (inşaatda)
    Hidrotexniki və meliorasiya mühəndis sistemləri tikinti işlərinin mexanikləşdirilməsi
    Həyat fəaliyyətinin təhlükəsizliyi (inşaatda)
    Su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi



     

    Ünvan :

    Bakı şəh., A.Sultanova küç. 5, ind. 370073,metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığında
    Əlaqə telefonları: 438-30-01, 439-07-25
    Faks: 498-78-36

    Bölmə: >>TƏHSİL<< | Müəllif: TaRanTuL
    Baxılıb: 4235 | Yüklə: 0 | Şərh: 2 | Reytinq: 0.0/0 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
    Nick:
    Şifrə:
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 1
    Qonaq: 1
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2016