İstədiyinizi bu məkanda axtarın 3, 24.04.2024, 01:00
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 2622
    Ana Səhifə » » >>TƏHSİL<<

    BDU-nun Tarixi
    [ ] 26.11.2009, 01:30


    Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 01 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.

    Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri dahi Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar - professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər tanınmış alimlər olmuşlar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Küprüllüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı L.D.Landau 1922-24-cü illərdə universitetimizdə təhsil almışdır.

    Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi. Ikinci Dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri universitetimizin bazasında yaradılmışdır.
    1969-cu ildən sonrakı zaman universitet həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Bu universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı.


    Bakı Dövlət Universitetinin ən tanınmış məzunları






    İyirminci yüzilliyin üçdə biri qədər ölkəmizi idarə edən HEYDƏR ƏLİYEV qısa zaman kəsiyində Azərbaycanın gələcək inkişafının strategiyasını müəyyən etdi və onun həyata keçirilməsinin taktiki yollarını istiqamətləndirdi. Böyük müdriklik, yüksək peşəkarlıq, beynəlxalq diplomatiyanın ən incə sirlərini bilmək və ondan çıxış yollarını araşdırmaq bacarığı meydana çıxan problemlərin çevik və diplomatik həll etmək məharəti, böyük dövləti və xalqı ədalətlə idarə etmək səriştəsi, böyük həyat təcübəsi olan HEYDƏR ƏLİYEVİN zəngin bioqrafiyası və onun nəhəng ideya-nəzəri irsi Azərbaycan xalqı üçün, gənc nəsil üçün bir örnək və nümunəvi həyat məktəbidir. «Ömrümün qalan hissəsini xalqıma həsr edəcəyəm» deyən HEYDƏR ƏLİYEV Azərbaycanın dövlət müstəqillyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərmiş və fundamental uğurlara nail olmuşdur.

    HEYDƏR ƏLİYEV XX əsr bəşər tarixinin parlaq şəxsiyyəti, dünyanın tanınmış uzaqgörən diplomatı və siyasi lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi böyük möcüzəni, gənc nəsil üçün nümunə məktəbidir.

    HEYDƏR ƏLİYEV özünün nəhəng fəaliyyəti ilə və böyük bir iftixar hissi ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızğın səhifəsinə daxil olmuşdur. 1957-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini əla qiymətlərlə, fəxri diplomla bitirən HEYDƏR ƏLİYEV Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət verimş və heç bir zaman qayğısını əsirgəməmişdir. Hələ 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyərkən Bakı Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək səviyyəli kadrlarla təmin edilməsi, elmi-intellektual potensialının yüksəldilməsinə böyük kömək göstərmişdir. Bakı Dövlət Universitetinin hazırkı 1 saylı və 2 saylı doqquzmərtəbəli tədris korpusları, Universitetin tələbə şəhərciyi, onun 4 beşmərtəbəli yataqxanası, xarici tələbələr üçün 1 beşmərtəbəli bina, böyük kitabxana HEYDƏR ƏLİYEVİN göstərişi və xeyir-duası ilə tikilmişdir.

    HEYDƏR ƏLİYEV 1969-cu ilin noyabrında Bakı Dövlət Universitetinin (o zaman Azərbaycan Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış etmişdi. HEYDƏR ƏLİYEVİN Azərbaycan dilində çıxış etməsi respublikada geniş əks-səda yaratmışdı. Onun bu çıxışı Bakı Dövlət Universitetinin bütün kollektivini vəcdə gətirmiş, hamının hədsiz sevincinə səbəb olmuşdu. HEYDƏR ƏLİYEV öz çıxışında Azərbaycanda elmin və təhsilin inkişaf etdirilməsində Bakı Dövlət Universitetinin fəaliyyətinə yüksək qiymət vermiş, Universitetin bir çox işçisi fəxri adlara, dövlət və hökumət mükafatlarına layiq görülmüşdü.

    HEYDƏR ƏLİYEV 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyində Böyük nitq ilə çıxış etmişdi. HEYDƏR ƏLİYEV çıxışında Bakı Dövlət Universitetinin 75 ildə qazandığı nailiyyətləri, respublikanın ictimai, siyasi və mədəni həyatında oynadığı rolu, respublika ali məktəblərinin mərkəzi və bayraqdarı olmasını, ali təhsilin təkmilləşdirilməsindəki rolu və xidmətlərini yüksək qiymətləndirmiş və ümidvar olduğunu bildirmişdi ki, Bakı Dövlət Universiteti bundan sonra da Azərbaycanın elm, təhsil və mədəni mərkəzlərinin mərkəzi qərargahı olacaq təhsilin formalaşmasında, mülki və dünyəvi biliklərin tədrisində dünyanın qabaqcıl Universitetlərindən biri olacaqdır.
    ***
    Universitetimiz daha başqa məşhur şəxsiyyətlər də yetişdirmişdir.Onlara mial olaraq:

    Cəlal Əliyev
    Abel Məhərrəmov
    Yusif Məmmədəliyev
    Zahid Xəlilov
    Aida İmanquliyeva
    Hafiz Paşayev

    göstərmək olar...
     
    BDU-da təhsil nə səviyyədədir???
     
    Universitet ölkədə birincilər sırasında 1993-cü ildən Avropa təhsil sisteminə inteqrasiya məqsədilə üç pilləli (bakalavriat, magistratura, doktorantura) təhsil sisteminə keçmişdir. Yeni şərait bakalavriatda təhsil alan tələbədən (təhsil müddəti 4 ildir) müəyyən elmi istiqamətdə fundamental fənlər üzrə geniş bilik əldə etməyi, magistratura pilləsində isə (təhsil müddəti 2 ildir) ondan dar ixtisas üzrə böyük elmə keçid mərhələsi kimi istfadə etməyi tələb edir.

    Bakalavr pilləsində təhsil – buraxılış (diplom) işinin haırlanması və müdafiəsi ilə başa çatır.

    Magistratura təhsili – məzunun müəyyən elm sahəsi üzrə özünün araşdırmalarının nəticəsi kimi yazdığı magistr dissertasiyasının müdafiəsi ilə tamamlanır.

    Universitetdə bakalavriat və magistratura pillələri üçün müasir dövrün tələblərinə uyğun tədris planları, fənn proqramları, dərsliklər işlənib hazırlanmışdır.

    Universitetdə tələbənin biliyinin qiymətləndirilməsində kredit sisteminə keçid mərhələsi kimi 100 ballı sistemdən, tədrisin təşkilində yeni texniki tədris vasitələrindən (tele və video təhsil, məsafədən təhsil və s.) istifadə olunmağa başlanılmışdır.

    Hələlik ölkədə doktorantura pilləsinin birinci mərhələsi kimi 3 illik aspirantura institutu saxlanılmışdır. Aspirantura mərhələsi dissertasiya müdafiəsi ilə yekunlaşmalı və onun nəticəsində iddiaçıya elmlər namizədi alimlik dərəcəsi (PhD) verilməklə tamamlanmalıdır.

    Universitetə tələbə qəbulu (Azərbaycan vətəndaşları üçün) ölkənin bütün ali məktəblərinə (bakalavriata və magistraturaya) tələbə qəbulunu keçirən Respublika üzrə vahid bir qurum – Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılır.

    İKİNCİ ALİ TƏHSİL

    Ikinci ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.

    Əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər Universitetin müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər.

    İkinci ali təhsil almaq üçün Universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə ikinci ali təhsil ixtisası uzrə tələbələr sırasına qəbul edilirlər.

    Birinci ali təhsil aldığı ixtisas və seçdiyi ikinci təhsil ixtisaslarının uyğunlugundan asılı olaraq müvafiq kurslara qəbul olunur və təhsil müddəti müəyyənləşdirilir.

    Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
     
    Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini əsasən hansı istiqamətlər üzrə inkişaf etdirir?
    Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini əsasən aşağıdakı istiqamətlər üzrə inkişaf etdirir:

    1. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq;
    2. Beynəlxalq təhsil proqramlarında BDU-nun iştirakı;
    3. Beynəlxalq elm-təhsil qurumları ilə əməkdaşlıq
    4. Universitetlərin Beynəlxalq Assosiasiyalarında BDU-nun iştirakı;
    5. Xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə əməkdaşlıq;
    6. Nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq;
    7. Azərbaycan dili və ədəbiyyatının xarici ölkələrdə təbliği və yayılması;
    8. BDU-nun professor-müəllim heyətinin xarici elmi tədris ocaqlarında fəaliyyəti, tələbə magistrant və aspirantların xarici ölkə universitetlərində təhsil alması;
    9. Əcnəbi vətəndaşların BDU-da təhsili;

    Bununla əlaqədar BDU-da rektorluq tərəfindən beynəlxalq əlaqələr xəttində çalışan əməkdaşlar qarşısında universitetimizin xarici əlaqələrinin fəlsəfəsini və ideologiyasını müəyyən edən bir neçə vəzifə qoyulmuşdur, o cümlədən:

    1. Universitetimizin nüfuzunun avroatlantik elm və təhsil məkanında artırılması;
    2. Müxtəlif nüfuzlu universitet assosiasiyalarına qəbul olunmaq və orada həlledici mövqe tutmaq;
    3. Avropa elm və təhsil məkanında gedən inteqrasiya proseslərini müşayiət etmək və onlara məqsədyönlü qatılmaq;
    4. Avropa Birliyinin və dünyanın aparıcı dövlətlərinin elm və təhsil sahəsində ayrılmış qrantlarının əldə etmək və müxtəlif beynəlxalq proqramların iştirakçısı olmaq;
    5. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq;
    Universitetimizdə təhsil alan əcnəbi tələbələrin sayını artırmaq və diplomlarımızın tanınması istiqamətində həlledici addımlar atmaq.

    Tədricən, bu proqramları həyata keçirərək, Bakı Dövlət Universiteti beynəlxalq əlaqələri inkişaf etdirir.
    Hazırda Bakı Dövlət Universiteti dünyanın 50-dən artıq aparıcı universiteti ilə ikitərəfli əməkdaşlıq edir:
    Rusiyanın Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Dövlət Humanitar, Həştərxan Dövlət Universiteti, Universiteti Türkiyənin Ankara Universiteti, Gazi Universiteti, Fırat Universiteti, Süleyman Dəmirəl Universiteti, Gebze Yüksək Universiteti, İstanbul Aydın Universiteti, Yıldız Texnik Universiteti, Bilkənd Universiteti, Rumıniyanın Avidos Universiteti, Buxarest Universiteti; Almaniyanın Azad Berlin Universiteti, Bon Universiteti, ABŞ-ın Minnesota Dulut Universiteti, İndiana Universiteti, Cekson Dövlət Universiteti Fransanın Sarbona Universiteti III, İnalko Universiteti, Qrenobol Universiteti; Varşava Universiteti, Tiflis Dövlət Universiteti, Belorussiya Dövlət Universiteti, Afina Milli Kapodistrian Universiteti, Dotentsk Dövlət Universiteti, Koreyanın Sanlin Universitet, Pay-Çay Universiteti və digər universitetlərlə əməkdaşlıq müqavilələri əsasında namizədlik və doktorluq dissertasiyalarına birgə rəhbərlik, tədris təcrübəsinin, birgə elmi konfrans və simpoziumların təşkili, tələbə və müəllim mübadiləsi, elmi informasiya mübadiləsi, elmi kitabxanalar arasında əməkdaşlıq həyata keçirilir. Moskva Dövlət Universitetinin coğrafiya və biologiya fakültələrinin tələbələri müntəzəm olaraq 2 həftədən bir ay müddətinə qədər Azərbaycan Hirkan Milli Parkının və Qızıl-Ağac qoruğunun ərazisində tədris təcrübəsini keçirlər.
    2008-ci ildə Bakı Dövlət Universiteti ilə adları aşağıda qeyd olunan xarici ölkə ali məktəbləri arasında əməkdaşlıq müqavilələri imzalanmışdır.

    1. Qahirə Universiteti (Misir)
    2. Gunma Universiteti (Yaponiya)
    3. Vinicki Dövlət Texniki Universiteti (Ukrayna)
    4. Sarbonna III Universiteti (Fransa)
    5. Montpellier Universiteti (Fransa)
    6. Pay-Çay Universitet (Koreya)
    7. Varşava Universiteti (Polşa)
    8. İstanbul Aydın Universiteti (Türkiyə Respublikası)
    9. Yıldız Texniki Universiteti (Türkiyə Respublikası)

    Bu müqavilələr çərçivəsində aşağıdakı istiqamətlər üzrə işlər aparılmışdır:
    Yaponiya Fondunun dəstəyi ilə yapon dilini tədris etmək üçün Yaponiyadan Bakı Dövlət Universitetinə mütəxəssislər dəvət olunmuşdur. Bununla yanaşı, Yaponiyanın səfiri ilə tələbələrin görüşü keçirilmiş, yapon dili və ədəbiyyatına dair yeni kitablar Universitetimizə təqdim olunmuşdur.
    Yaponiyanın GUNMA Universitetindən BDU-ya mütəxəssislər təşrif buyurmuş, Universitet ilə yaxından tanış olmuş və gələcək layihələr üzrə müzakirələr aparmışlar.
    BDU-ya Yaponiyada təhsil almaq üçün təqaüd proqramları təklif olunmuş və Universitetin üç tələbəsi imtahan verib göstərilən proqram üzrə oxumağa göndərilmişdir. Kafedra müəllimi və laborantı Yaponiyada müvafiq olaraq yarım illik və bir aylıq staj proqramı keçmişlər. Hal hazırda Universitet tələbələri üçün Yapon dili kursunun açılması üçün işlər görülür. Kursun yerli və yapon müəllimlərin iştirakı ilə həftədə 2 dəfə aparılması nəzərdə tutulur.
    2008-ci ilin sentyabr ayında Bakı Dövlət Universiteti və Florensiya Universitetləri arasında razılaşma imzalandı. Bu razılaşma hər iki universitetə təhsil və mədəniyyət sahəsində elmi tədqiqat işləri aparmağa imkan verir.
    İlkin olaraq hər iki universitetin Psixologiya sahəsi üzrə əməkdaşlığı nəzərdə tutulur. Əməkdaşlıqda Bakı Dövlət Universitetini rektor, akademik Abel Məhərrəmov, Florensiya Universitetini isə professor Auqusto Marinelli təmsil edir.
    2009 –cu ilin yeni tədris ilindən Hüquq fakültəsinin nəzdində Beynəlxalq insan hüququ üzrə magistr kursunun açılması gözlənilir. Proqramda nəzərdə tutulan bütün dərslər ingilis dilində tədris olunacaq. Dərslər Amerika Birləşmiş Ştatları və Avropa Universitetlərini bitirmiş Azərbaycan Müəllimləri tərəfindən aparılacaq. Kursun Tədris planı Kıprıs Universitetinin professoru Leonard Hammer və Ali Təhsilə Dəstək Proqramının müəllimləri tərəfindən hazırlanmışdır.
    Açıq Cəmiyyət İnstitutun Ali Təhsilə Dəstək Proqramı yerli, regional və qlobal səviyyədə akademik şəbəkələrin yaradılmasına yardım göstərmək, Mərkəzi və Şərqi Avropada, həmçinin Avrasiyada ali təhsil müəssisələrində həyata keçirilən islahatlara yardım etmək məqsədi ilə yaradılmışdır. Regionlarda seçilmiş universitetlərin kafedralarında, fakültələrində Yenilik və islahatların həyata keçirilməsinə yardım göstərir.
    Həmin kafedralarda dərs deyən gənc və perspektivli müəllimlərin saxlanılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edir.
    Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı Bakı Dövlət Universiteti ilə artıq 4 ildir ki əməkdaşlıq edir. Universitetin Beynəlxalq Münasibətlər, Beynəlxalq Hüquq, Sosial İş və İqtisadi Kibernetika kafedraları ilə əməkdaşlıq edir. Adları çəkilmiş kafedralarda xarici ölkələrin aparıcı universitetlərində təhsil almış və beynəlxalq standartlara uyğun dərs təşkil və tədris edən müəllimlər bu proqram çərçivəsində çalışırlar. Bu müəllimlər hər il müsabiqə vasitəsi ilə seçilir və dərslə təmin olunurlar.
    Eyni zamanda, adları çəkilmiş istiqamətlər üzrə müxtəlif xarici universitetlərdən dörd nəfər professor davamlı şəkildə tədris proqramının təşkili və tədrisi üzrə təlimlər təşkil edirlər.
    2008-ci ilin oktyabr ayında rus mədəniyyətinin və tarixinin daha da dərindən öyrənilməsi, rus dili və ədəbiyyatının tədris planının təkmilləşdirmək məqsədilə, Bakı Dövlət Universitetində "Russkiy Mir” fondunun maliyyə dəstəyi ilə BDU-nun "Russkiy Mir” mərkəzi yaradılmışdır. Mərkəz rus dili və ədəbiyyatı, Rusiya tarixi, mədəniyyəti sahəsində müasir kitablar, internet resursları və texniki avadanlıqlar ilə təchiz edilmişdir. Russkiy Mir mərkəzinin açılışında BDU-nun rektoru akademik Abel Məhərrəmov, Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov, Russkiy Mir fondunun rəhbəri, Rusiya Federasiyasının "Politika” fondunun prezidenti Vyaçeslav Nikonov iştirak etmişlər.
    Koreyanın Pay-Çay Universiteti ilə imzalanmış müqavilədə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Koreya dilinin tədrisinin inkişafı, NANO-tenxnologiyalar üzrə əməkdaşlığın qurulması və gələcəkdə tələbə mübadiləsinin təşkil olunması kimi məsələlər qeyd olunmuşdur. Bu müqavilə əsasında Koreyanın KADO şirkətinin maliyyə dəstəyi ilə rəqəmsal imkanların istifadə olunması məqsədilə Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Mərkəzi yaradılmışdır.

    Bakı Dövlət Universitetinin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri

    1. "Azərbaycan – Koreya informasiya təminatı mərkəzi ”-nin yaradılması Rəqəmsal İmkanların Yayılması üzrə Koreya agentliyi, (KADO)
    2. Yapon dili və Ədəbiyyatının inkişafına dəstək proqramı, Yapon Fondu
    3. Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək proqramı, Sorus Fondu
    4. "Ekoloji monitorinq üzrə elmi tədris laboratoriyalarının yaradılması” layihəsi ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondu (CRDF)
    5. "Tədris planlarının və tədrisin keyfiyyətinin qiymətləndirilməsi üzrə mərkəzin yaradılması” layihəsi, Avropa komissiyasının "Tempus” proqramı
    6. "Polimer matrisdə formalaşdırılmış alkogenik yarımkeçirici nanohissəciklərdə ion mübadiləsi və diffuziya prosessləri” layihəsi−Ukrayna Elm və Texnologiyalar Mərkəzi
    7. "Ftoroplastın zərərsizləşdirilməsi beynəlxalq terrorizmlə mübarizə vasitəsi kimi” layihəsi, Ukrayna Elm və Texnologiya Mərkəzi
    8. "Yeni növ foton tipli cihazların yaradılması üçün kolloid-maye kristal kompozitlərin optiki xassələrinin tədqiqi” layihəsi, Ukrayna Elm və Texnologiya Mərkəzi
    9. "Təhsil sektorunun inkişafı” layihəsi, Dünya bankı
    10. "Kiçik Qafqazın qızıl yataqları ,onların geoloji-genetik modellərinin tərtibi proqnozlaşdırılma meyarı kimi” layihəsi, CRDF
    11. "Kiçik Qafqazın vulkana-plutonik komplekslərindəki mis filizi yataqları: onların genezisi və axtarış amilləri” layihəsi, İNTAS fondu , 6-cı çərçivə proqramı
    12. "Dünya Bankı vasitəsilə Riyaziyyat üzrə Milli Kurrikulumun hazırlanması” layihəsi, Dünya bankı
    13. Funksional fəzalar və onların xüsusi törəməli diferensial tənliklərə tətbiqləri” layihəsi, İNTAS fondu

    Bu layihələr çərçivəsində BDU-da yeni laboratoriyalar açılmış müasir avadanlıqlar alınmış və universitetin müəllim və tələbələri müxtəlif təlim kurslarında iştirak etmişlər.
    2008-ci il ərzində müxtəlif ölkə rəhbəri, parlament sədrləri, nazirlər, xarici dövlət və qeyri dövlət təşkilatlarının sədrləri BDU-da olmuşlar.
    Belə ki 2008-ci ilin yanvar ayında Koreyanın Təhsil naziri və Baş nazirin müavini Kim Şinil ölkəmizə etdiyi səfər çərçivəsində BDU ziyarət etmiş və universitetin
    BDU-nun professor-müəllim heyətinin xarici elmi təhsil ocaqlarında fəaliyyəti, tələbə, magistrant və aspirantların xarici ölkə universitetlərində təhsil alması, BDU-da təhsil alan xarici vətəndaşlar.
    Hesabat ilində universitetin professor müəllim heyətinin nümayəndələri dünyanın onlarla ölkəsində ən nüfuzlu universitetlərdə mühazirələr oxumuş və seminarlar aparmışlar. 2008-ci ildə BDU-nun 6 əməkdaşı xarici ölkə universitetlərində çalışmışdır. Bu əməkdaşlar müqavilə əsasında Türkiyə Respublikasının müxtəlif şəhərlərində yerləşən universitetlərdə seminarlar aparmış və mühazirələr oxumuşlar.

    1. Eynullayev Arif Vahab oğlu - Kimya fakültəsinin dosenti, "Qeyri-üzvi materialşünaslıq” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Türkiyə Respublikasının Van şəhərində Yüzüncü İl Universitetində çalışır.
    2. Pənahov Əkbər Zeynalabdin oğlu Fizika fakültəsinin "Optika və molekulyar fizika” kafedrasının dosenti, Türkiyə Respublikasının Van Yüzüncü İl Universitetində çalışır.
    3. Əhmədov Ramazan Sirac oğlu Şərqşünaslıq fakültəsi "Türk filologiyası” kafedrasının dosenti, Türkiyə Respublikasının Kavkaz Universitetində çalışır.
    4. Yaqubov Qabil Yavər oğlu Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin "Optimallaşdırma və idarəetmə” kafedrasının dosenti, Türkiyə Respublikasının Osmanqazi Universitetində çalışır.
    5. Əliyeva Tamilla Sadatxan qızı Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasının dosenti, Türkiyə Respublikasının Ozmanqazi Universitetində işləyir.
    6. Ağayeva Çərkəz Arif qızı Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin "Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının baş müəllimi, Türkiyə Respublikasının Yaşar Universitetində işləyir.

    Son bir il ərzində BDU-nun 30 tələbə və magistrantı dünyanın müxtəlif ölkələrinin tədris ocaqlarında təhsillərini davam etdirmiş və staj keçmişlər. Bu əsasən aşağıdakı xətlərlə həyata keçirilmişdir:

    1. Xarici ölkə universitetlərinin ayırdığı qrantlar hesabına
    2. Universitetimizin beynəlxalq təhsil proqramlarında iştirakı ilə əlaqədar.
    3. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq çərçivəsində
    4. Müxtəlif elm və təhsil fondları tərəfindən keçirilən müsabiqələr nəticəsində.
    5. Xaricdə Təhsil üzrə Dövlət Proqramı əsasında

    Əcnəbi vətəndaşların BDU-da təhsili.

    2008 2009-cu tədris ilində BDU-da 12 ölkədən (Türkiyə, Çin, İran, Almaniya, Misir, Qazaxıstan, İsrail, Belorusiya, Gürcüstan, Rusiya Federasiyası Ukrayna və sairə) 1249 nəfər əcnəbi vətəndaş təhsil alır, onlardan:
    922 nəfər bakalavr pilləsi üzrə (əyani və qiyabi, 892 müqavilə 30 dövlət hesabına);
    60 nəfər magistrant (əyani və qiyabi, 58 müqavilə 2 dövlət hesabına)
    259 nəfər aspirant (əyani və qiyabi, 253 müqavilə ilə, 6 –dövlət hesabına);
    3 nəfər doktorant (əyani və qiyabi, 3 müqavilə)
    5 nəfər dissertant (əyani və qiyabi, 4 müqavilə, 1 dövlət hesabına).
    Məlumdur ki, istənilən universitetin nüfuzunun artmasında bu universitetdə təhsil alan əcnəbi vətəndaşların sayı mühüm əhəmiyyət kəsb edir.
    Bununla bağlı BDU-nun rektoru akad. A.M. Məhərrəmov və Beynəlxalq əlaqələr üzrə prorektor prof. N.A. Paşayeva xarici dövlətlərin təhsil qurumlarının yüksək rütbəli məmurları ilə danışıqlar aparmışlar, xarici ölkələrdə keçirilən elm və təhsil üzrə sərgilərdə iştirakımız təmin olunmuşdur, İnternet vasitəsilə Universitetimizin tarixi, tədris prosesinin məzmunu, Universitetdə təhsilin keyfiyyəti və digər məlumatlar yayımlanmışdır. Aparılan işlərin nəticəsində 2007 2008-ci tədris ilində əcnəbi tələbələrin sayı və təmsil etdikləri ölkələr artmışdır.
    Beləliklə, Bakı Dövlət Universiteti Avropa elm və təhsil məkanında tanınır və nüfuzlu Universitet kimi qəbul edilir. Bu məkanda elə bir proqram, yaxud inteqrasiya prosesi yoxdur ki, onlarda Universitetimiz hər hansı bir dərəcədə iştirak etməsin.
    Bakı Dövlət Universiteti qloballaşan dünyada elm və təhsil sahəsində müşahidə edilən prosesləri izləyir, onlarda iştirak etmək üçün mənəvi haqqa və hüquqi imkanlara malikdir, eyni zamanda Universitetimizin bu sahədə müəyyən edilmiş strategiyası mövcuddur.
     
     
    Bakı Dövlət Universitetinin fəxri doktorları (1990-2007)

    1. Heydər Əliyev – Azərbaycan Respublikasının prezidenti,№ 10, 28.10.94
    2. Urfan Ənvər Nəsrəddin – Türkiyə
    3. Turqut Ozal – Türkiyə Cümhuriyyətinin prezidenti, №I 17.03.1993
    4. Süleyman Dəmirəl – Türkiyə Cümhuriyyətinin Baş bakanı,№3, 21.09.1992
    5. Turan Yazqan – Türkiyə, İzmir Universitetinin professoru
    6. Sarmet Akkun – Türkiyə, İzmir Universitetinin professoru
    7. Xəlil Cin – Türkiyə, Səlcuq Universitetinin rektoru
    8. Fikrət Tükmən – Türkiyə, İzmir Universitetinin professoru
    9. Marvin Ştarzik – ABŞ, Şimali İllinoys Universitetinin professoru
    10. Məhərrəm Erkin – Türkiyə, İstanbul Universitetinin professoru
    11. Butros Butros Qali – Misir, BMT-nin baş katibi
    12. Hüsaməddin Cindoruk – Türkiyə, № 12, 23.12.1994
    13. Əbdüllətif Bəndəroğlu – İraq, şair və tədqiqatçı
    14. Ağayi Cavad Heyət – İran
    15. Yavuz Akpinar – Türkiyə, № 7, 17.07.1993
    16. Tansu Çillər – Türkiyə Baş Naziri, № 14, 11.04.1995
    17. Saparmurad Niyazov – Türkmənistan Prezidenti, № 15, 14.03.1996
    18. Məsud Yılmaz – Türkiyə, № 16, 12.04.1996
    19. Kərimov İslam Abdullayeviç –Özbəkistan Prezidenti № 17
    20. Lütfüzadə – Alim № 18, 29.10.1996
    21. Tadeuş Svetoxovski- ABŞ-ın Monmouz Kollecinin professoru -29.10.1996
    22. Federiko Mayf Saraqosa – № 20, 02.11.1996
    23. Hans Əhməd Şmidte – № 21, 28.12.1996
    24. İrene Melikoff – № 22, 28.12.1996
    25. Eduard Şevarnadze – Gürcüstan Prezidenti № 23, 07.02.1997
    26. Əsgər Akayev – Qırğızıstan Prezidenti № 24, 22.04.1997
    27. Luçinski Petru Kirill – № 25, 22.11.1997
    28. Məhəmməd Təqi Cəfəri – № 9, 10.10.1993
    29. Koiçiro Matsuura – UNESKO 08.04.2000
    30. İhsan Doğramacı – Bilkənd Universitetinin təsisçisi 25.04.2000
    31. Litvin Vladimir Mixayloviç – Ukrayna Ali Radası sədri – 28.02.2004
    32. Zbiqner Bzejinski- ABŞ, Politoloq -2004
    33. Corc Robertson – NATO-nun Baş Katibi- 2003
    34. Vaira Vike-Freyberqa – Latviya prezidenti 04.10.2005
    35. Valdas Adamkus – Litva prezidenti – 09.06.2006
    36. Oljas Omaroviç Süleymanov – Qazaxstan şairi 23.06.2006
    37. Trayan Basesku – Rumıniya prezidenti - 12.10.2006
    38. Viktor Antonoviç Sadovniçiy – M.V.Lomonosov adına MDU-nun rektoru 24.05.07
    39. Abdullah Gül - Türkiyə Respublikası Prezidenti - 07.11.2007
    40. Qulaməli Həddad-Adel – İ.İ.R. İslam Şura Məclisinin sədri - 24.11.2007

    Bölmə: >>TƏHSİL<< | Müəllif: TaRanTuL
    Baxılıb: 1512 | Yüklə: 0 | Reytinq: 0.0/0 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
    Nick:
    Şifrə:
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 1
    Qonaq: 1
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2024