İstədiyinizi bu məkanda axtarın 2, 19.03.2024, 05:57
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 2622
    Ana Səhifə » » >>TƏHSİL<<

    Odlar Yurdu Universiteti
    [ ] 25.11.2009, 01:16


    "Odlar Yurdu" Universiteti - Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri.

    Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.

    Universitetdəki aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:
    Ümumi iqtisadiyyat peşə istiqaməti üzrə:
    «Beynəlxalq iqtisadi münasibətlər»
    «Maliyyə və kredit»

    İnzibati idarəetmə peşə istiqaməti üzrə:
    «Gömrük işinin təşkili» ixtisası;

    Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı peşə istiqaməti üzrə:
    «Yol hərəkətinin təşkili» ixtisası.

    İnformatika və hesablama texnikası peşə istiqaməti üzrə:
    «İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri» ixtisası.

    «Maarif» peşə istiqaməti üzrə: «İbtidai təhsilin pedaqogikası və metodikası» ixtisası.

    Hüquqşünaslıq peşə istiqaməti üzrə:
    «Hüquqşünaslıq» ixtisası.

    «Tibbi biologiya»peşə istiqaməti üzrə:
    «Tibbi biologiya» ixtisası.

    «Dilşünaslıq» peşə istiqaməti üzrə:
    «Tərcümə (ingilis dili)» ixtisası.

    Universitetdə aşağıdakı ixtisaslar üzrə magistratura fəaliyyət göstərir:
    Maliyyə və kredit
    Beynəlxalq iqtisadi münasibətlər
    Hüquqşünaslıq
    İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri
    Yol hərəkətinin təşkili

    İkinci ali təhsil almaq istəyənlər universitetin uyğun ixtisaslarının müvafiq kurslarına müsahibə yolu ilə qəbul olunurlar. Universitetdə tədris prosesi yüksək səviyyədə qurulmuşdur. Tədrisə yüksəkixtisaslı tanınmış alimlər cəlb edilmişdir. Onlardan 3 nəfəri Azərbaycan EA-nın akademiki, 2 nəfəri EA-nın müxbir üzvü, 28 nəfəri elmlər doktoru, professor, 135 nəfəri elmlər namizədi, dosent və baş müəllimdir. Universitetin strukturuna 6 fakültə (iqtisadiyyat və menecment, hüquq, tərcümə, nəqliyyat, tibb, informatika və pedaqoji) və 14 kafedra daxildir.

    Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla tə’min edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. Universitet MDB, Avropa və Amerikanın bir sıra qabaqcıl universitetləri ilə sıx əlaqələr yaratmışdır.

    Bu əlaqələrin əsasını qərb təhsili texnologiyalarının öyrənilməsi və tətbiqi, birgə təhsil mərkəzlərinin yaradılması, beynəlxalq proyektlərdə birgə iştirak, birgə elmi axtarışlar və tələbə-müəllim mübadiləsi üzrə proqramların həyata keçirilməsi təşkil edir. İtaliyanın Torino Universiteti, Almaniyanın Zigen Universitetinin Ölçmə Texnikası İnstitutu ilə imzalanmış müqavilələrə birgə elmi axtarışların aparılması daxildir. Belə elmi axtarışların nəticəsi olaraq Zigen Universiteti ilə əməkdaşlıq əsasında Odlar Yurdu Universitetinin sponsorluğu və təşkilatçılığı ilə Almaniyanın Bisbaden şəhərində "Qeyri-səlis çoxluqların və Soft-Komputinqin tətbiqləri" adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Odlar Yurdu Universitetinin bir qrup alimi müxtəlif mə"ruzələrlə çıxış etmişdir. ABŞ-ın Corciya Dövlət Universiteti ilə qurulan əlaqələr isə daha geniş spektrə malikdir: tələbə mübadiləsi, müəllimlərin treninqi və elmi axtarışlar.

    Bu Universitetlə bağlanmış müqaviləyə əsasən hər il Odlar Yurdu Universitetinin 5 ən yaxşı tələbəsi təhsillərini Amerika tərəfinin hesabına həmin universitetdə davam etdirə bilərlər. Eyni zamanda Amsterdam Universiteti, London Qildholl Universiteti, Sankt-Peterburq Universiteti, Özbəkistan Bank-Maliyyə Akademi­yası, London Menecment Kolleci, London İncəsə­nət Kolleci və Quzey Kıprız Türk Cümhuriyyəti­nin, demək olar ki, bütün universitetləri ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq müqavilələri bağlanmışdır. İngilis dili və kompüter texnikasının daha dərindən öyrənilməsi ilə bağlı tələbələrin İngiltərənin Qolders Qrin, Masvell Hill, Oksford İnternasional və Viktoriya Kolleclərində qısamüddətli kurslarda iştirakını tə’min edən müqavilələr də imzalanmışdır.

    Universitet Bakıda yerləşən bütün beynəlxalq təşkilatlarla (Açıq Cəmiyyət İnstitutu-Soros fondu, İREX, ACTR/ACCELS, USİA və s.), xarici dövlətlərin səfirlikləri və nümayəndəlikləri ilə sıx əlaqələr yaratmışdır. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Vergi Müfəttişliyi, Dövlət Gömrük Komitəsi, Azəravtonəqliyyat Dövlət Konserni, dövlət və özəl banklar, ayrı-ayrı şirkətlər, konsernlər, xarici və daxili firmalar və s. ilə bağlanmış müqavilələrə əsasən mə’zunlar öz ixtisaslarına uyğun olaraq işlə tə’min olunurlar. Universitetdə təhsil ödənişlidir. Qəbul zamanı yüksək bal toplamış abituriyentlərə təhsil haqqının ödənilməsində güzəştlər edilir. Universitetdə iste’dadlı tələbələrə xüsusi diqqət yetirilir. Tədris ilini ə’la qiymətlərlə başa vuran tələbələr növbəti tədris ilinin təhsil haqqının yarısından azad edilirlər. Universiteti fərqlənmə diplomu ilə bitirənlərin isə ödədikləri təhsil haqları təhsildə qazandıqları müvəffəqiyyətlərinə görə mükafat kimi özlərinə qaytarılır. Bütün ixtisaslar üzrə təhsildə xüsusi fərqlənən ən qabiliyyətli tələbələr üçün adlı təqaüdlər tə’sis edilmişdir.

    Ən iste’dadlı tələbələr təhsillərini universitetin hesabına xarici ölkələrin tanınmış ali məktəblərində davam etdirə bilərlər. Universitetdə tələbə yaradıcılığına xüsusi diqqət və qayğı göstərilir. «Şən və hazırcavablar klubu», «Odlar Yurdu» instrumental ansamblı, «Odlar Yurdu» ədəbi birliyi tələbələrin öz yaradıcılıq qabiliyyətini nümayiş etdirə bilməsi, asudə vaxtlarını maraqlı keçirməsi üçün əlverişli şərait yaradır. Universitetin sponsorluğu ilə bir çox tələbələrimiz dünya, Avropa, respublika çempionatlarında iştirak edərək yüksək mükafatlara layiq görülmüşlər. Universitetdə elmi-tədqiqat işlərinə böyük yer verilir. Professor-müəllim hey’ətinin və tələbə elmi cəmiyyətinin elmi-tədqiqat işləri hər il universitetin «Elmi və pedaqoji xəbərlər» jurnalında çap olunur.

    Eyni zamanda müvafiq mövzulara həsr olunmuş elmi-praktiki konfranslar keçirilir. Universitetdə «Odlar Yurdu Universiteti» adlı qəzet nəşr olunur. Universitetdə hazırlıq kursları təşkil edilib və tələbə qəbulu ilə bağlı abituriyentlərə kömək məqsədi ilə bütün ixtisas qrupları üzrə sınaq-test imtahanları keçirilir. Tələbələr asudə vaxtlarını səmərəli və maraqlı keçirmək üçün Universitetin konfrans və mədəni-kütləvi tədbirlər mərkəzindən istifadə edirlər.

    Bölmə: >>TƏHSİL<< | Müəllif: TaRanTuL
    Baxılıb: 1894 | Yüklə: 0 | Reytinq: 0.0/0 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
    Nick:
    Şifrə:
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 1
    Qonaq: 1
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2024