İstədiyinizi bu məkanda axtarın 4, 26.12.2024, 22:26
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 2622
    Ana Səhifə » » Eylence(+18)

    Kişi və qadın toy gecəsində cinsi əlaqədə ola bilərmi?
    [ ] 17.04.2009, 02:03


    Sual: Kişi və qadın toy gecəsində cinsi əlaqədə ola bilərmi? Olarsa, o zaman kişi öz həyat yoldaşı ilə neçə dəfə, həftədə bir dəfə və s. ola bilər?

    Cavab: Həmd Allaha məxsusdur.

    Bəli, əgər istəyirlərsə ər-arvad evliliklərinin ilk gecəsində əlaqədə ola bilərlər. Cütlərin neçə dəfə əlaqədə olmalarına və yaxud bu qədər olmalıdırlar deyə bu barədə şəriətdə müəyyən bir say yoxdur. Çünki bu məsələ, vəziyyətə və fərdi seçimlərə görə dəyişiyir. İnsanlar öz qabiliyyətləri, bacarıqlarına görə fərqli olduqlarından bu cür hallarda şəriətdə xüsusi bir sayın təyin olunması mümkün deyil. Lakin cinsi əlaqə qadının haqqı və kişi üzərində isə bir vəzifədir. Ibn Qudamə əl-Hənbəli Allah ona rəhmət etsin demişdir: “Cinsi əlaqə kişinin üzərinə düşən bir vəzifədir-yəni, heç bir üzr yoxdursa kişi öz həyat yoldaşı ilə cinsi əlaqədə olmalıdır. Bu həmçinin Malikin rəyidir”. (Əl-Muğni əsəri, 7/30)

    İmam Buxari, Abdullah ibn Amr ibn əl-As hədisindən rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Ey Abdullah, eşitdiyimə görə sən bütün günü oruc tutursan və bütün gecəni namaz qılırsan, eləmi? Mən dedim: “Bəli, ey Allahın Rəsulu”. O dedi: “Elə etmə. Oruc tut və orucunu aç (iftar et), namaza dur və (həmçinin) yat. Çünki bədəninin sənin üzərində haqqları var, gözlərinin sənin üzərində haqqları var və zövcənin (qadının) sənin üzərində haqqları var”.

    Bu hədisin şərhində deyilir: “Onun (qadının) haqqlarını yerinə yetirmək və pul qazana bilmək üçün (bunları yerinə yetirməyi bacarmayacaq qədər) kişi ibadət edərək özünü taqətdən salmalı deyil”. (Fəth əl-Bəri)

    Həmçinin qadının haqqlarından odur ki, əri gecələrini onunla keçirməlidir. İbn Qudamə əl-Hənbəli demişdir: “Kişinin bir zövcəsi varsa, heç bir üzr, səbəb yoxdursa, hər dörd gecədən bir onunla olmalıdır”. (Əl-Muğni 7/28; Kəşf əl-Qinə 3/144)

    Şeyx ul-İslam ibn Teymiyyə demişdir: “Fiziki cəhətdən taqətdən düşmürsə və yaxud çörək pulu qazanmasına mane olmursa, kişiyə vacibdir ki, öz zövcəsi ilə onu qane edəcək qədər cinsi əlaqədə olsun...Bu məsələdə mübahisə etsələr, hakim cinsi əlaqə ilə əlaqədar miqdarı, xərcləmək məsələsində (daha çox) təyin etdiyi kimi bunda da eynilə hökm verməlidir”. (Əl-İxtiyara əl-Fiqhiyyə min Fətəvə Şeyx ul-İslam ibn Teymiyyə, səh. 246)

    Şəriət həmçinin tələb edir ki, kişi öz qadını ilə əlaqədə olmaqla onu əxlaqsızlıqdan qorumalıdır. Onu qane edəcək qədər və onu qorumaq üçün əlaqədə olmalıdır. Lakin bu məsələdə müəyyən zaman müddətinin təyin olunmasına, dörd ay və ya çox və ya az, yer yoxdur. Bu məsələ qadının ehtiyaclarına görə və kişisinin onun ehtiyaclarını yerinə yetirmə gücünə görə müəyyən olunmalıdır...Bütün bunlar normal vəziyyətlərə, yəni kişinin öz qadının yanında olduğu və onunla yaşadığı hallara şamil edilir.

    Şəri bir məqsəd və yaxud digər şəri bir üzrdən dolayı kişi səyahət edirsə və öz həyat yoldaşının yanında olmazsa, bu halda kişi çalışmalıdır ki, zövcəsindən uzun müddət ayrı qalmasın.

    Ümumiyyətlə müsəlmanların xeyrinə, məsələn Allah yolunda cihadda iştirak etmək və yaxud İslamın hüdudları, sərhədlərinin keşiyində durmaq kimi iş gördüyündən dolayı kişi (zövcəsinin yanında olmursa), hər dörd aydan bir və yaxud bundan az müddətdə ona ailəsinin yanına qayıtmağa icazə verilməlidir ki, cihadda və yaxud sərhəd nəzarətində öz vəzifələrini yerinə yetirmək üçün ora qayıtmazdan əvvəl öz ailəsinə vaxt sərf edə bilsin. Bu Ömər ibn əl-Xattabın Allah ondan razı olsun siyasəti idi. Ömər ibn Xattab radiyallahu anhu şərt qoymuşdu ki, əsgərlər və sərhədin keşiyində duranlar öz ailələrindən yalnız dörd ay ayrı qalmalıdırlar. Bu müddət bitdikdən sonra geri qayıtmalıdılar və digərləri onları əvəz etməlidirlər... (əl-Mufəssəl fi Əhkam əl-Məra, Zaydan 7/239)

    Güc və Qüdrət Sahibi Allahdır.

    Bölmə: Eylence(+18) | Müəllif: TaRanTuL
    Baxılıb: 5511 | Yüklə: 0 | Şərh: 5 | Reytinq: 3.0/3 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 1
    Qonaq: 1
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2024