- Bilirsən o hansı hallarda baş verir? Bəzən özündən asılı olmarayaraq elə hərəkətə yol verirsən ki, istər-istəməz o addımı atırsan. Həmin vaxt tamaşaçı gözündən düşə bilərsən. Fakt kimi “Elman” jurnalını misal göstərim. O vaxt dayanmadan səkkiz ay məndən çimərlik geyimində şəkil çəkdirməyimi xahiş eləmişdilər. Düz səkkiz ay “yox” dedim. Elə bil ürəyimə dammışdı ki, bütün bunlar mənim əksimə yönələcək. Elədilər də. İki şəkil çəkəni daşların arasına göndərdik. O əclaf daşların arasından məni soyunanda çəkirmiş. Həmin vaxt Kristina (rəfiqəsi, vizajisti-L. Y) məni əlləşdirmirdi, bədənimə yağ sürtürdü. Jurnaldan əvvəl alt paltarlarımı soyunduğum yerdə şəklimi yaydılar. Bu, onların öz işlərinə hörmətsizliyi idi. Onlar qazandılar, mən yox. Danışanda özlərinə Azərbaycan kişisi deyirlər. Həmin jurnalı təsis edən kanal onlara inandı, mənə yox. Mən jurnalın baş redaktoru Elşad Xoseyə də demişdim ki, bu sənin ilk addımındı, sənə görə də çimərlik geyimində şəkil çəkdirməyə razıyam. Sənə görə bu addımı atıram ki, desinlər yaxşı pul gətirdi. O da Elşadın birinci, sonuncu addımı idi. Ən pisi odur ki, məndən sonra eybəcər formada şəkillər çəkdirdilər. Bəlkə də mənim 3 “razmer” ölçüm olsa idi, o şəkilləri çəkdirməzdim. Mən incə bədən nümayiş etdirmişdim, sallaq, dolu ətimi göstərməmişəm. Onların şəkillərinə iyrənə-iyrənə baxırdım. Məndə erotik, pornoqrafik görünmürdü axı!
- İndi o addımı atarsınız?
-Yox. Elə o vaxt da fikirləşirdim ki, bu yola gedim, yoxsa yox! Aldandım. Mənə dedilər ki, sadəcə çimərlik geyimlərini reklam edəcəksən. Amma necə təqdim elədilər? “Röya soyundu!” Allaha qurban olum, tamaşaçılar mənə nifrət eləmədilər, sevənlərim də gündən-günə artır. Qəribədir ki, tamaşaçılar məndən hər addımı qəbul edirlər.