İstədiyinizi bu məkanda axtarın 6, 21.12.2024, 17:20
İlk Səhifə | Profilim | Çıx | Qeydiyyat | Daxil ol Salam Qonaq | RSS
                                                              
    Menu
  • Ramil Səfərov
  •  Bölmələr
    Proqramlar [16]
    Musiqilər [7]
    Videolar [2]
    Mobil [4]
    Sevgi dünyası [23]
    Xəbərlər [8]
    Şəkillər [15]
    Maraqli və Məsləhətli [29]
    Dini(İslam) [4]
    Hacker [2]
    Qorxu(+16) [1]
    Eylence(+18) [23]
    18 yaşından kiçik olanlara Baxması qadağadır
    Yumor [5]
    Bizim Uğurlarımız [4]
    Bizim Uğurlarımızın hamısı Burada
    Inanclar [4]
    Rap və Rock [14]
    Online Videolar [2]
    >>TƏHSİL<< [11]
    PC oyunları [0]
    Electron Kitablar [0]
    Online Filmler [0]
     Mini-Chat
      Sual
    Ailə Vəziyətiniz?
    Bütün Cavablar: 2622
    Ana Səhifə » » Sevgi dünyası

    Gözəl sözlər
    [ ] 08.11.2008, 08:27


    1.Eşq dodaqlarda qəhqəhə deyil, gözlərdəki yaşdır. Məqsəd sevgi uğrunda ölmək deyil, uğrunda öləcək sevgili tapmaqdır.


    2.Həyatda heç bir şey ilk eşqin yerini tutmaz. İnsan sevsə belə o ilk eşq heç unudulmaz.


    3.Səni o qədər çox sevəcəyəm ki, mənsiz günlərini yox sayacaqsan. Səni sevdiyimi söyləməyəcəyəm gözlərimə baxıb anlayacaqsan.


    4.Bu gecə sürüşərkən göz üzündən ulduzlar gözlərimdən yaş süzülsə də ilk dəfə olaraq dilək tutmayıb təşəkkür etdim Tanrıya bu gecə yanımda olduğun üçün!


    5.Niyyətin səni qaçırtmaqsa artıq qaçırtmışam, gözlətməksə artıq gözləyirəm, sevməksə artıq sevirəm.

    6.Sən məni deyil mənim səni sevməmi sevirsən.

    7.Könlümdə taxt qurdun, könlümün sultanı oldun, gecə göy üzündə parlayan ulduzam, sabah isə ruhuma doğan günəşim oldun.

    8.Səni sevirəm çünki əlini qəlbimin üzərində hiss etdiyim zaman, üzüntülərimi alıb onların yerinə o bənzərsiz sıcaqlığı verməyi bacarırsan.

    9.Sevən unutmaz, unudan sevməmişdir, əgər sevib unutmuşsa sevgisini bilməmişdir. Çiçəklər sola bilir, yarpaqlar tökülə bilir, səni hər kəs unuda bilir amma mən əsla.

    10.Haraya gedərsənsə get sevdadan qaçılmaz, könül elə bir şey ki, hər kəsə açılmaz.

    11.Mən gedirəm mənim canım gül bağçam. Mən ağlayıram sən ağlama. Bir ömür boyu o gül üzün həmişə gülsün. Çünki güllər ağlamaz.

    12.Dünyan elə qaralsın ki, səni aydınladan tək işıq gözlərim olsun.

    13.Gördüyüm ən gözəl yuxu sənin olduğun, duyduğum ən dərin sevgi sənin əsərin, gördüyüm ən gözəl dünya sənin gözlərin və qurduğum ən gözəl xəyal sənsən.

    14.Sən ürəyimin dərinliyində hər kəsdən uzaq hər kəsdən fərqli olaraq yaşayacaqsan. Sən mənim son eşqim, dəli sevdam, yaşamış olduğum ən özəl insan olaraq qalacaqsan.

    15.Sənə söz verirəm sən getsən də, məni tərk edib, unutsan da, səni mən əsla unutmayıb hər an üçün sevəcəyəm.

    16.Sevgilərin ən gözəli səni sevmək, gözləntilərin ən gözəli səni gözləmək və həyatın dadı sabaha qalxdığımda sənin var olduğunu bilməkdir.

    17.Ovcunun arasına bir ürək buraxdım. İstəyərsənsə bir kənara atarsan, istəyərsənsə ürəyinin üstünə qoyub hər zaman səninlə olacağını xatırlayarsan.

    18.Mən bu həyatda bir çox səhvlər edib acısını çəkdim. Tək bir doğru iş gördüm oda sənə qəlbimlə güvənməkdir. Canımın içi düşünürəm sən buna layiqsən.

    19.Gecələrdən qorxma, pəncərəndə ulduz kimi parlayacağam, uzaqdayam deyə yalnızsansa kölgə kimi arxanda, nəfəs kimi içində, can kimi yanındayam.

    20.Əgər qədər səni mənim qollarımdan alıb başqasının qollarına atarsa bil ki, sənin düyün musiqin mənim cənazə marşım olacaq.

    21.Eşqin tək dili gözlərdir onlar dodaqlar kimi yalan söyləməz.

    22.Son bir günüm qalsa da fani dünyada səninlə bərabər olmaq istəyərəm. Sevincli günləri təkrar-təkrar yaşayıb əllərin əlimdə ölmək istəyərəm.

    23.Səsini duysam da hər an üzünü görmək kimi deyil. Səni gözlədiyimi bil hər an. Heç bir şey səni sevmək kimi deyil.

    24.Sevgililər öpüşərkən nədən gözlərini yumurlar bilirmisən? Çünki gözləri ilə deyil qəlbləri ilə görmək istəyirlər. Yəni hiss etmək istəyirlər. Sevgilim mən də səni ruhumun dərinliklərində hiss edirəm, çünki səni çox sevirəm.

    25.Dəniz dalğasız, könül sevdasız olmaz, yarı gözəl olanın başı bəlasız olmaz.

    26.Sən güllərə qibtə etmə, güllər sənə qibtə etsin. Üzmə şirin canını sən güllərdən də gözəlsən. Sevgi qədər məsum seviləcək qədər özəlsən, çünki sən bircəcik, hər şeyə bərabərsən.

    27.Buraxacağın bir əli tutma, tutacağın bir əli buraxma. Saxta sevgilərə gül
    olmaqdansa gerçək sevgilərə tikan olmağa dəyər bunu əsla unutma.

    28.Heç bir qız oğlana boyun əyməz, heç bir oğlan da bir damla göz yaşına dəyməz.

    29.Səni sevirəm deyən sözlərə deyil, sənin üçün ağlayan gözlərə inan.

    30.Yaxınlıq nə məkanla nədə zamanladır. Yalnız əllər göyə açıldığında ağlına gələnlər yaxın olduqlarındır.

    31.Onun gözəlliyini hər kəs görürsə o məncə bir az gözəldir. Onun gözəlliyini hər kəs bilirsə o məncə heç gözəl deyildir. Onun gözəlliyini yalnız mən görürəmsə bu sevgidir. Onun gözəlliyini yalnız mən bilirəmsə bu eşqdir. Heç kim bilmirsə bu yalnızlıqdır.

    32.Həyat bir damla sudursa eşq bir damla göz yaşıdır.

    33.Bu dünyada 2 qüsursuz insan vardır. Biri doğmamışdır digəri isə ölmüşdür.
    34.Məni sənə qovuşduracaq tək şeyin ölüm olduğunu bilsəydim, əzrailin gəlməsini gözləməzdim.

    35.Yarpaq tökən gəncliyimin sətir aralarında altı qırmızı cızılmış və dırnaq içinə alınmış susqunluğumun baş hərflərisən.

    36.Məndə Məcnundan füzun aşiqlik istedadı vardır, aşiqi məcnun mənəm Məcnunun ancaq adı vardır.

    37.Fırtınalar qopar könlümdə. Səni axtararam xəyallarımda. Geriyə dönməsən belə, könlüm yenə həmişə səninlə.

    38.Gənclikdə günlər qısa, yollar uzun, yaşlılıqda isə günlər uzun, yollar qısadır.

    39.Səninlə başım dərddə, nə edim bilmirəm, canımdan bir parçasan, söküb ata bilmirəm.

    40.Hər zaman doğrunu söyləsən nə dediyini xatırlamaq zorunda qalmazsan.

    41.Mənə səni unut dedilər unutdum; Amma səni deyil, mənə səni unut deyənləri.

    42.Səni sevmək acıların ən böyüyü olsa da, səni düşünərkən gözyaşı tökmək yaşana biləcək ən böyük sevincdir.

    43.Dost istəyərsənsə Allah yetər. İbrət istəyərsənsə ölüm yetər.

    44.Sən məni, mənim səni sevdiyim qədər sevsəydin; Mənim səni, sənin məni sevdiyin qədər sevdiyimi anlayardın.

    45.Bərabər ağlamaqdakı göz yaşı kimi heç bir şey qəlbləri bir-birinə bağlamaz.

    46.Əgər oralarda bir gün yağmur yağarsa üzünü çevirmə. Burax səni mənim yerimə öpsün.

    47.Aynaya baxınca özümü deyil qocaman bir ürək və o ürəkdə ondan da böyük bir sən gördüm.

    48.Sən dünyaya sürgün bir mələksən. Mən səni o qədər çox sevəcəyəm ki, bir daha cənnətinə dönməyəcəksən.

    49.Həyatın ən gözəl anı hər şeydən vaz keçdiyiniz zaman sizi həyata bağlayan biri olduğunu düşündüyünüz andır.

    50.Əgər bir gün sevmək istəsən öncə özünü sev, daha sonrada istəyərsənsə məni, Amma məni; məni sevən kimi deyil özünü sevən kimi sevməlisən, çünki mən səni belə sevdim
    .



    Bölmə: Sevgi dünyası | Müəllif: Angel
    Baxılıb: 1409 | Yüklə: 0 | Şərh: 1 | Reytinq: 0.0/0 |
    Şərh yazmaq üçün qeydiyatdan keçməlisiniz.
    [ Qeydiyyat | Giriş ]
    Buradan Daxil ol
       Axtar
      Dostlar
    Statistika

    Burada olanlar: 1
    Qonaq: 1
    İstifadəçilər: 0
      Adminlər
     TaRanTuL,
     E-mail:
    Vo3bujdatel@mail.ru
    MSN: Vo3BuJDaTeL@HoTmaiL.CoM

    ICQ:
    577168024
    Tel:(070) 773-77-67
    _______________
    Sade
    E-mail:
    sade1987@mail.ru
    MSN:
    (055) 745-48-89

    Rock Radio Dinlə
    RaP Radio Dinlə


    Saytda soyüş,təhqir və flood edən şəxslər administrasiya tərəfindən qovulacaq...TaRanTuL © 2024