*Baş barmaq - ana-atanızı, *İşarə barmağı - bacı-qardaşlarınızı, *Orta barmaq - sizi, *Dördüncü barmaq (yəni üzük barmağı) - həyat yoldaşınızı, *Və kiçik barmaq - uşaqlarınızı təmsil edər. Bunun, Çinlilərin izah etdiyi çox gözəl bir hekayəsi var...
Əvvəlcə ovuclarınızı bir-birinə baxacaq şəkildə açın. Orta barmaqları bükün və kürək kürəyə birləşdirin. Daha sonra qalan dörd barmağınızı da uc uca gətirin.
İndi, ana atanızı təmsil edən baş barmaqlarınızı ayırmağa çalışın... Açılacaq, çünki ana atanız sizinlə birlikdə ömür boyu yaşamayacaq. Əvvəl axır onlardan ayrılmaq məcburiyyətindəsiniz.
Baş barmaqlarınızı əvvəlki kimi birləşdirib, qardaşlarınızı təmsil edən işarə barmaqlarınızı ayırın. Onlar da ayrılacaq, çünki bacı-qardaşlarınız öz ailələrini qurub, ayrı bir həyat seçər.
İşarə barmaqlarınızı birləşdirib, uşaqlarınızı təmsil edən kiçik barmaqlarınızı ayırın. Onlar da ayrılacaq, çünki uşaqlar da evlənər və bir gün öz həyatlarını qurar.
Son olaraq kiçik barmaqlarınızı birləşdirib, yoldaşınızı təmsil edən üzük barmaqlarınızı ayırmağa çalışın. Ayıra bilmədiyinizi görüncə çaşacaqsınız. Çünki ər-arvadlar həyat boyu bir yerdə yaşayarlar... |