Vaxtından əvvəl boşalma bir cinsi problem kimi insana gəlsə də, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqədə ən vacib olan şey 2 nəfərin uyğunluğudur. Buna əsasən, vaxtından əvvəl boşalma problemi ondan yaranır ki, kişi qadının orqazmından öncə, və ya qadınla heç əlaqədə olmadan öncə boşalır və cinsi uyğunsuzluq meydana gəlir. Belə halda vaxtından tez boşalma cinsi problem deyil, sadəcə həll edilməsi lazım olan bir problemdir. Yoldaşınız sizinlə qurduğu əlaqədə siz boşalmadan orqazma çatır, və ya sizdən sonra daha gec boşalır və siz ondan daha tez orqazma çatırsınız. Bu cür uyğunsuzluğu aradan qaldırmaq lazımdır.
Aparılan araşdırmalara əsasən kişinin vaxtından tez boşalmasını 3 yerə bölüblər:
1. penis vaginaya girmədən öncə boşalması — yüksək dərəcədə erkən boşalma 2. penis vaginada olarkən 1 dəqiqə, və ya daha az zamanda boşalma — orta dərəcə erkən boşalma 3. penis vaginada olarkən 1-5 dəqiqə arasında olan boşalma — erkən boşalma Qadına görə orta hesabla seksin müddəti ideal vaxt 5-15 dəqiqə arası hesab edilmişdir. Amma yenə qeyd edildiyi kimi cütlükdən asılıdır. Kişi isə boşalma müddətini bir az uzatmaq üçün templərdə müəyyən dəyişikliklər etməlidir.
Başqa sözlə desək cinsi akt zamanı kişilərin vaxtından əvvəl qurtarması (eyakulyasiya) kişinin cinsi aktın davamiyyətini kifayət qədər davam etdirə bilməyib, partnyorunu təmin edə bilməməsi vəziyyətidir. Bu izahat Ümumidünya Səhiyyə Təşkilatının izahatıdır və burada cinsi aktın davamiyyətinin kəmiyyət ölçüsü nəzərə alınmayıb. Ona görə də çox ciddi sual yaranır. Normal cinsi əlaqə nə qədər davam etməlidir? Bu suala dolğun cavabın olmaması vaxtından əvvəl qurtarmanın dəqiq diaqnostikasını çətinləşdirir. Yəni, həkim nə vaxt vaxtından əvvəl qurtarma diaqnozu qoymalıdır, mübahisəlidir.
Digər tərəfdən, qadının da anorqazmiyadan(orqazma çata bilməməsi) əziyyət çəkməsi halı da istisna olunmamalıdır. Bu halda qadın normal davam edən müddətdə orqazma çata bilmirsə, bu kişinin vaxtından əvvəl qurtarması kimi qiymətləndirilməməlidir.
Bəzi situasiyalarda məlumdur ki, kişi bir qadınla yaxınlıq zamanı vaxtından əvvəl qurtarır, digərilə isə normal cinsi əlaqədə ola bilir. Tibbi praktikada cinsi aktın davametmə müddəti kişi cinsi orqanının uşaqlıq yoluna daxil olduğu andan eukulyasiyanın(sperma ifrazı) başlandığı ana qədər olan müddət hesab olunur. Bu müddət təxminən 2-3 dəqiqədir. Müvafiq olaraq, əgər sperma ifrazı bu müddətdən əvvəl baç verirsə, bu vaxtından əvvəl qurtarma( boşalma) hesab olunur. Amma sosial sorğular göstərir ki, 2 dəqiqə davam edən cinsi akt zamanı qadınların yalnız 30-35 %-i orqazma çatırlar, 10 dəqiqə davam edən cinsi akt zamanı isə qadınların cəmi 50 %-i bu hissiyyatı keçirir. Orta göstərici kişinin cinsi aktının minimum 2 dəqiqə davam etməsi hesab olunur. Bu 2-3 dəqiqə ərzində kişi təkcə özünü düşünməyərək, qadını da məmnun etməyə çalışmalıdır. Əgər edə bilmirsə, bu vaxtından əvvəl qurtarma hesab olunur.
Bu vəziyyət kişilər arasında geniş yayılmışdır, sosial sorğuların nəticəsinə əsasən kişilərin 30%-ində rast gəlinir. Amma bəzi kişilərin bu halı gizlətməyə çalışdığını nəzər alıb, faizin həqiqətdən daha az olduğu aydın olar. Bu vəziyyət cinsi məmnun olmamaya, kişinin özünü qiymətləndirməsinin azalmasına, özünə güvənməməyə, depressiyaya, ailə münaqişələrinə səbəb ola bilir. Bir qayda olaraq, cinsi akt zamanı birinci müvəffəqiyyətsizlik kişinin cinsi aktdan yayınmasına və ya oral və manual seksə meyl etməsinə səbəb olur. Bütün bunlar hər cinsi əlaqə zamanı kişidə psixi-emosional narahatçılıqlara və digər seksual pozuntulara, məsələn ereksiyanın( cinsi orqanın bərkiməsi ereksiya adlanır) baş verməməsinə gətirib çıxarır. Vaxtından əvvəl qurtarmanın əsas səbəbləri:
Uzunmüddətli cinsi fasilədən sonra, cinsi oyanıqlıq yüksəldiyindən çox vaxt cinsi akta başlamazdan qabaq qurtarma ola bilər Prostat vəzinin və sidik axarlarının xroniki iltihabı xəstəlikləri Cinsi akt zamanı kişinin özünü diskomfort hiss etməsi, vaxtından əvvəl qurtaracağına özünü psixi kökləməsi (vaxtından əvvəl qurtarma, və partnyoru məmnun etməmə qorxusu) Kişi cinsi orqanının individual-konstisional xüsusiyyətləri( anadangəlmə cinsi orqan başının həssas olması) Mədəni səviyyənin aşağı olması (qadını məmnunetmə məsuliyyətini hiss etməmə) Vaxtından əvvəl qurtarma necə müalicə olunur? Hal-hazırkı dövrdə vaxtından əvvəl eukulyasiyanın müalicəsinə 4 yanaşma var: 1. Yerli müalicə (cinsi orqana bilavasitə təsir edən dərmanlarla) 2. Seks-terapiya 3. Farmakoterapiya( dərmanın daxilə qəbul edilməsilə müalicə) 4. Cərrahi müalicə Qeyd etmək lazımdır ki, 1-ci və 3-cü müalicə üsulları problemin müvvəqəti həlli hesab olunur və yalnız dərman qəbulu müddətində effektlidir, daim dərman qəbulu tələb edir. Seks-terapiya ən təhlüksiz üsul hesab olunur, amma bəzi çatışmazlıqları da var. Bu çatışmazlıqlara effektin gec meydana çıxmasını və müalicədə cinsi partnyorun da iştirakının da tələb olunması aiddir. Cərrahi müalicə qısa müddətdə arzuolunan effekti əldə etməyə imkan verir. Həm də, operasiyadan əvvəl həkim cərrahi əməliyyatın effektli olub-olmayacağını təyin edə bilir. Yerli müalicə necə aparılır? Bu müalicə üsulunda keyləşdirici (anestetik) dərmanlardan istifadə olunur. Bu metodun 2 forması var:
Anestetik vurulmuş prezervativlərdən istifadə («long love» prezervativləri) Anestetik saxlayan xüsusi gel və kremlərin birbaşa cinsi orqanın başına vurulması
Anastetiklər cinsi üzvü bir qədər keyləşdirərək, cinsi aktın davamiyyətini uzadır. Seks-terapiya Bu metod vaxtından qabaq qurtarmanın müalicəsində istifadə olunan, kompleks üsullar toplusudur, hansılar ki, eukulyasiyanın başlamasını nəzarətdə saxlamağa imkan verir. Bu üsul çox effektlidir və cinsi əlaqəni 10 dəqiqəyə qədər uzatmağa imkan verir. Ən geniş yayılmış metod cinsi orqanın başının sıxılması və «start-stop» üsuludur. Birinci metodda eukulyasiyanın başlayacağını hiss edən kimi cinsi aktı müvəqqəti dayandırıb, cinsi orqanın başını bir qədər sıxıb buraxmağa əsaslanır. Bu qıcıqlanmanın bir qədər azalmasına və bir qədər sonra yenidən cinsi əlaqəyə başlayıb, növbəti qurtarma hissiyatına kimi davam etdirilir. Bunu bir neçə dəfə təkrarlamaq olar.
«Start-stop» üsulunda cinsi əlaqə qurtarma hissiyyatı yaranana kimi davam etdirilir, sonra dayanıb seksdən fikir yayındırılır. Sonra təzədən növbəti əlaqəyə başlayıb, pauzalarla davam etdirilir. Bu üsul əvvəllər nəticəsiz ola bilər, amma requlyar istifadə etdikdə 4-6 aydan sonra əla effekt verir. Əvvəllər bu metodun nəticəsiz olması pasientlərdə inanmsızlıq yaratmamalıdır. Üsulun çatışmayan cəhəti odur ki, cinsi partnyorda buna anlayışlı yanaşmalıdır. Amma əksər vaxt bu mümkün olmur.
Dərmanlarla müalicə (farmakoterapiya) Bəzi dərman preparatlarının(neyroleptiklər, benzidiazepin törəmələri, alfa-adrenoblokatorlar) vaxtından əvvəl qurtarmanın müalicəsində effektli olduğu çoxdan məlumdur. Lakin onların çoxlu yanaşı arzuolunmaz təsirləri olduğundan bu məqsədlə istifadə olunmur. Hazırkı dövrdə vaxtından əvvəl eukulyasiyanın müalicəsində antidepressantlar qrupundan olan bəzi dərmanlar istifadə olunur. Bu preparatların effekti çox yüksəkdir, cinsi aktın davametmə müddətini 4-6 dəfə artırır. Bu metodun mənfi cəhəti pasientin daimi psixoterapevt nəzarətində olmağa məcbur olmasıdır. Bu dərmanların qəbulunun dayandırılması cinsi aktın davamiyyətinin sürətlə azalmasına səbəb olur.
Cərrahi müalicə Sünnət olunmayan insanlarda vaxtından əvvəl qurtarmanın müalicəsində pasientlərə sünnət olunmaq məsləhət görülür. Sünnət olunmuş şəxslərdə cinsi orqanın başı daim alt paltara sürtünməyə məruz qaldığından hissiyyatlılığı azalır, ona görə də vaxtından əvvəl qurtarma riski bir qədər azalmış olur. Sünnət olunmuşların cinsi əlaqəsi olunmayanlara nisbətən 2-3 dəfə davamiyyətli olur! Digər bir cərrahi üsul cinsi orqan başının mikrocərrahi üsulla denervasiya (sinirsizləşdirilmə) olunmasıdır. Bu operasiya zamanı cinsi orqan başına gələn kiçik hissi sinirlər kəsilir. Bu isə cinsi orqan başının daimi keyləşmiş vəziyyətdə qalmasına səbəb olur. Bu halda cinsi aktın davametmə müddəti təxminən 30-40 dəqiqəyə qədər uzanır. Amma təqribən 6 aydan sonra kəsilmiş sinirlərin yerinə digərləri bərpa olunur və əvvəlki hissiyyat bərpa olunur. Beyində yaranmış dominant impuls sinirlər bərpa olduqdan sonra da cinsi aktın davamlı olmasına cavabdeh olur. Ancaq vaxt keçdikdən sonra tədricən cinsi aktın davametmə müddəti tədricən azalır. Bu operasiya çox cüzi travmatik operasiya hesab olunur, pasientlərə reabilitasiya(bərpa olunma) tələb olunmur. Amma bu metod yeni olduğundan kifayət qədər dəqiq öyrənilməmişdir. İnsan həyatda ən çox bir yeməkdən, bir də cinsi əlaqədən zövq alır. Özünüzü bu hissdən məhrum etməyin. |