10 noyabr
1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin
yaradılması haqqında qərar çıxarılmışdır. 1896-cı ildə texniki
məktəb «Bakı aşağı səviyyəli texniki məktəbə» çevrilmişdir. 1896-1905-ci
illər ərzində bu məktəbin mexanika şö’bəsi üzrə 50 nəfər, inşaat
şö’bəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika
şö’bəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi.
1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfər
azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılmışdır.
Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–me’marlıq
şö’bələri fəaliyyət köstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Qeyd
etmək lazımdır ki, bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan
cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur. 16 noyabr
1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin «Bakıda politexnik
institutunun yaradılması haqqda» dekreti e'lan edildi. Dekretdə
aşağıdakılar qeyd olunmuşdur: Neft-mə’dən», «elektromexanika»,
«mühəndis-inşaat», «kənd təsərrüfatı» və «iqtisadiyyat» fakultələri
əsasında Bakı politexnikumu bazasında M.Əzizbəyov adına Bakı politexnik
institutu yaradılsın. Bakı politexnikumunun binaları, avadanlıqları,
həmçinin Rus texniki cəmiyyətinin kimya laboratoriyası Bakı politexnik
institutunun sərəncamına verilsin. Politexnik institutunun tələbə
kontingentinin tərkibinə politexnikumun tələbələrinin daxil edilməsi ilk
növbədə, aşağıdakı əsaslarla nəzərdə tutulsun: kafi dərəcədə ümumi
təhsil hazırlığına malik tələbələrin I semestr dərslərinə buraxılması,
belə hazırlığa malik olmayanlara isə əlavə ümumi təhsil fənnlərinin
keçilməsi və ən nəhayət texnikumun yuxarı kurs tələbələrinə xüsusi
dərslər təşkil etməklə tələbələr sırasına daxil olunması. Dövlət
Universitetinin tələbələri üçün mövcud olan sosial tə’minat hüquqları
Bakı Politexnik institutunun tələbələrinə də şamil edilsin. Universitetlərdən
və digər müəssisələrdən Politexnik institutuna tədris prossesinə cəlb
olunacaq professor-müəllimlərin əvəzçiliklə işləmələrinə baxmayaraq,
Politexnik institutunda tutduğu vəzifəyə uyğun onlara əmək haqqı
verilsin. Professor-müəllim hey”ətinin əmək haqqı Dövlət
Universitetində uyğun vəzifədə çalışan əməkdaşın əmək haqqı kimi
ödənilsin.
Fikirlərinizi
Bildirməyi Unutmayın
ADNA-nın rektoru, Azərbaycan
Milli Akademiyasının müxbir üzvü, professor
Respublika
Nazirlər Kabinetinin 11/8-121 saylı 20 may 1991-ci il tarixli qərarına
və Respublika Xalq Təhsili Nazirliyinin 442 saylı 17.06.91-ci il tarixli
əmrinə əsa-sən Əli Bayramlı şəhərində qiyabi təhsil alan tələbələr üçün
tədris-məsləhət məntəqəsi yaradıldı. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 18.02.91-ci il tarixli qərarına əsasən institutun
adı dəyişdirilərək «M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli
Sənaye Universiteti» (AzSU) adlandı-rıl-dı. 1993-cü ildən başlayaraq
çox pilləli təhsil sistemi ilə mütəxəssis hazırlığına başlanmışdır. İlk
bakalavr bu-raxılışı və magistraturaya qə-bul 1997-ci ildə olmuşdur. Hal-hazırda
bakalavr və magistr pillələrində 24 isti-qamət üzrə mütəxəssis
hazırlığı aparılır. Mütəxəssis ha-zırlığında 7 əsas fakultə, 63 kafedra,
18 elmi tədqiqat laboratoriyası, 2 elmi-tədqiqat və «Sənaye
müəssisələri işçilərinin ixtisasının artırılması və.yenidən
hazırlama»institutları fəaliyyət göstərir. ADNA-da (1921-1922)
illərdə N.D.Dubrovski, (1922-1928) - İ.Q.Yesman; (1928-1929) -
M.V.Barinov, (1929-1932) - A.A.Nikişin, (1932-1933) -A.M.Çedalayev,
(1933-1934) - S.P.,Kiselyov, (1934-1938) - İ.S.Axundzadə, (1939-1941) -
M.M.Əli-yev. (1941-1960) - S.B.Qocayev, (1960-1969) və (1978-1989) -
İ.Ə.İbrahimov, (1969-1978) - K.N.Quluzadə, (1989-1992) - T.M.Əliyev,
(1993-1997) - P.Z.Məmmədov rektor olmuşlar. İyun 1997-ci ildən ADNA-nın
rektoru S.F.Qarayevdir. ADNA ümumi sahəsi 52420 kv.m olan 4 tədris
laboratoriya korpusuna, 7 korpuslu tələbə yataqxanasına, bağlı üzmə
hovuzu, əl oyunları üçün idman zalı və atıcı tiri özündə cəmləyən idman
kompleksinə, yeməkxana, kitabxana, poliklinika, Nabranda istirahət
zonasına malik