Azərbaycan Kooperasiya Universiteti
respublikanın ali təhsil sistemində mühüm yerlərdən birini tutur. Son
illərdə bizim universitetdə təhsil almaq istəyən abituriyentlərin sayı
surətli templərlə artmaqdadır. Hal-hazırda universitetdə təhsil
alanların sayı 4000 nəfərdən artıqdır.Burada kadr hazırlığı bakalavr , magistr
, aspirantura pilləsində iki dildə :-azərbaycan və rus dillərində
aparılır.
40 ildən çox yaşı olan universitet çox çətin ,
lakin şərəfli yol keçmişdir. 1964-cü ildə SSRİ Sentrosoyuzunun
(SSRİ mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı) İdarə Heyətinin qərarına
əsasən Azərbaycanda Moskva Kooperativ institutunun Bakı
Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin dövrdə burada bütün
Qafqaz respublikaları, Şimali Qafqaz və Orta Asiya vətəndaşları təhsil
alırdılar. Sonrakı dövrlərdə Bakı Tədris-Məsləhət Məntəqəsinin
fəaliyyəti genişləndirilərək Moskva kooperativ İnstitutunun Bakı
filialına və nəhayət Azərbaycan Kooperasiya Universitetinə çevrilmişdir.
Universitetin məzunları arasında alimlər, millət vəkilləri, iş
adamları, dövlət qulluğunun müxtəlif pillələrində çalışan insanlar
vardır.
Bazar
iqtisadiyyatı və rəqabət şəraitində Azərbaycan Kooperasiya Universiteti
öz nüfuzunu qoruyub saxlaya və inkişaf etdirə bilmişdir. Xüsusi qeyd
etmək lazımdır ki, universitetin böyük uğurlara imza atmasında Ümummilli
liderimiz Heydər Əliyevin diqqət və qayğısı mühüm rol oynamışdır.
Azərbaycan Respublikası Prezidentinin 391 saylı 30 avqust 2000-ci il
tarixli fərmanı universitetin gələcək fəaliyyət istiqamətlərini müəyyən
etmiş və onun inkişafına böyük təkan vermişdir.
Bu gün
Azərbaycan Kooperasiya Universiteti tanınmış, nüfüzlu təhsil, elm və
mədəniyyət mərkəzlərindən biridir. Burada işgüzar kollektiv
formalaşmışdır. Hal-hazırda universitetin əməkdaşlarının sayı 400
nəfərdən artıqdır ki, bunlardan 30 nəfər elmlər doktoru, 145 nəfər
elmlər namizədidir. Universitetin məqsədi həyatda və əməkdə yüksək
nailiyyətlər əldə etmək üçün gənc nəslə fundamental elmi biliklər
verməkdir. Sərbəst düşüncəli , təşəbbüskar, qətiyyətli, yeniliklərə can
atan, mənəvi cəhətdən yetkin, vətənpərvər, öz dünya görüşünə görə
beynəlminəl mütəxəssislər yetişdirmək ücün universitetin daim
müasirləşən maddi texniki bazası və kadr potensialı vardır.
AKU-da
beynəlxalq
iqtisadi münasibətlər, ticarət və istehlak kooperasiyasının
iqtisadiyyatı və idarə edilməsi, gömrük işinin təşkili, mühasibat
uçotu və audit, maliyyə və kredit, iqtisadiyyatın hüquqi
tənzimlənməsi, marketinq, beynəlxalq ticarət, xarici dil
(ingilis dili), coğrafiya, riyaziyyat və informatika, vergi
işinin təşkili, dövlət və bələdiyyə idarəetməsi, menecment, kommersiya,
turizm və sosial sferada mədəni servis, ekologiya və təbiətdən
istifadə, istehlak mallarının keyfiyyət ekspertizası, standartlaşdırma
və sertifikasiya, ərzaq və qeyri-ərzaq məhsullarının əmtəəşünaslığı
kimi ixtisaslar üzrə ali təhsilli kadr hazırlanır.
Universitetdə magistratura və aspirantura fəaliyyət göstərir,
«Kooperasiya» elmi məcmuə və «Kooperasiya-Bizim qəzet»i nəşr olunur,
tibb məntəqəsi, kitabxana, oxu zalı, kompyüter texnologiyası,
laboratoriyaları, akt zalı, mətbəə, istehlak kooperasiya muzeyi,
yeməkxana, idman zalı və s. malikdir.
Universitet MDB ölkələri
Kooperasiya Ali məktəb rektorları Şurasının üzvüdür, Türkiyə, Rusiya,
Ukrayna, Moldova və digər ali təhsil müəssisələri elmi-texniki
əməkdaşlıq edir tələbə və müəllim mübadiləsi aparır.
Bu gün
universitet inkişaf və tərəqqi dövrünü yaşayır. Respublika Prezidenti
İlham Əliyevin etimadını layiqincə yerinə yetirmək əzmində olan
universitetin kollektivi öz gücünə inanır və sabaha böyük inamla
addımlayır.