Azərbaycan
Demokratik Cümhuriyyətinin Parlamentinin 01 sentyabr 1919-cu il tarixli
iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və
onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir
ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə –
tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı.
Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur
cərrah V.İ.Razumovski olmuşdur.
Universitetin 1920-30-cu illərdə
aparıcı müəllimləri dahi Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev,
tanınmış şərqşünaslar - professor P.K.Jüze, professor A.O.Makovelski,
professor A.O.Mişel və digər tanınmış alimlər olmuşlar. Həmin dövrlərdə
universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə
mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər
Akademiyasının akademiki Fuad bəy Küprüllüzadə universiteti ziyarət
etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı L.D.Landau
1922-24-cü illərdə universitetimizdə təhsil almışdır.
Təəssüf ki,
1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma
(reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali
Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti
yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin
mərkəzinə çevrildi. Ikinci Dünya müharibəsi illərində
professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin
çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini
qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan
Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur.
Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o
cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan İqtisad Universiteti,
Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri universitetimizin
bazasında yaradılmışdır. 1969-cu ildən sonrakı zaman universitet
həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla
bilər. Bu universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevin
Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü
əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr,
kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə
başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin
yaradıldı.
Bakı Dövlət
Universitetinin ən tanınmış məzunları
İyirminci
yüzilliyin üçdə biri qədər ölkəmizi idarə edən HEYDƏR ƏLİYEV qısa zaman
kəsiyində Azərbaycanın gələcək inkişafının strategiyasını müəyyən etdi
və onun həyata keçirilməsinin taktiki yollarını istiqamətləndirdi. Böyük
müdriklik, yüksək peşəkarlıq, beynəlxalq diplomatiyanın ən incə
sirlərini bilmək və ondan çıxış yollarını araşdırmaq bacarığı meydana
çıxan problemlərin çevik və diplomatik həll etmək məharəti, böyük
dövləti və xalqı ədalətlə idarə etmək səriştəsi, böyük həyat təcübəsi
olan HEYDƏR ƏLİYEVİN zəngin bioqrafiyası və onun nəhəng ideya-nəzəri
irsi Azərbaycan xalqı üçün, gənc nəsil üçün bir örnək və nümunəvi həyat
məktəbidir. «Ömrümün qalan hissəsini xalqıma həsr edəcəyəm» deyən HEYDƏR
ƏLİYEV Azərbaycanın dövlət müstəqillyinin qorunmasında və
möhkəmləndirilməsində titanik fəaliyyət göstərmiş və fundamental
uğurlara nail olmuşdur.
HEYDƏR ƏLİYEV XX əsr bəşər tarixinin
parlaq şəxsiyyəti, dünyanın tanınmış uzaqgörən diplomatı və siyasi
lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Tanrının
Azərbaycan xalqına bəxş etdiyi böyük möcüzəni, gənc nəsil üçün nümunə
məktəbidir.
HEYDƏR ƏLİYEV özünün nəhəng fəaliyyəti ilə və böyük
bir iftixar hissi ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan
tarixinin qızğın səhifəsinə daxil olmuşdur. 1957-ci ildə Bakı Dövlət
Universitetinin Tarix fakültəsini əla qiymətlərlə, fəxri diplomla
bitirən HEYDƏR ƏLİYEV Azərbaycanda rəhbər işlədiyi bütün zamanlarda
elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına
daim diqqət verimş və heç bir zaman qayğısını əsirgəməmişdir. Hələ
1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində
işləyərkən Bakı Dövlət Universitetinin maddi-texniki bazasının
möhkəmləndirilməsi, yüksək səviyyəli kadrlarla təmin edilməsi,
elmi-intellektual potensialının yüksəldilməsinə böyük kömək
göstərmişdir. Bakı Dövlət Universitetinin hazırkı 1 saylı və 2 saylı
doqquzmərtəbəli tədris korpusları, Universitetin tələbə şəhərciyi, onun 4
beşmərtəbəli yataqxanası, xarici tələbələr üçün 1 beşmərtəbəli bina,
böyük kitabxana HEYDƏR ƏLİYEVİN göstərişi və xeyir-duası ilə
tikilmişdir.
HEYDƏR ƏLİYEV 1969-cu ilin noyabrında Bakı Dövlət
Universitetinin (o zaman Azərbaycan Dövlət Universiteti) 50 illik
yubileyində Azərbaycan dilində çıxış etmişdi. HEYDƏR ƏLİYEVİN Azərbaycan
dilində çıxış etməsi respublikada geniş əks-səda yaratmışdı. Onun bu
çıxışı Bakı Dövlət Universitetinin bütün kollektivini vəcdə gətirmiş,
hamının hədsiz sevincinə səbəb olmuşdu. HEYDƏR ƏLİYEV öz çıxışında
Azərbaycanda elmin və təhsilin inkişaf etdirilməsində Bakı Dövlət
Universitetinin fəaliyyətinə yüksək qiymət vermiş, Universitetin bir çox
işçisi fəxri adlara, dövlət və hökumət mükafatlarına layiq görülmüşdü.
HEYDƏR
ƏLİYEV 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyində
Böyük nitq ilə çıxış etmişdi. HEYDƏR ƏLİYEV çıxışında Bakı Dövlət
Universitetinin 75 ildə qazandığı nailiyyətləri, respublikanın ictimai,
siyasi və mədəni həyatında oynadığı rolu, respublika ali məktəblərinin
mərkəzi və bayraqdarı olmasını, ali təhsilin təkmilləşdirilməsindəki
rolu və xidmətlərini yüksək qiymətləndirmiş və ümidvar olduğunu
bildirmişdi ki, Bakı Dövlət Universiteti bundan sonra da Azərbaycanın
elm, təhsil və mədəni mərkəzlərinin mərkəzi qərargahı olacaq təhsilin
formalaşmasında, mülki və dünyəvi biliklərin tədrisində dünyanın
qabaqcıl Universitetlərindən biri olacaqdır. *** Universitetimiz
daha başqa məşhur şəxsiyyətlər də yetişdirmişdir.Onlara mial olaraq: Cəlal
Əliyev Abel Məhərrəmov Yusif Məmmədəliyev Zahid Xəlilov Aida
İmanquliyeva Hafiz Paşayev göstərmək olar...
BDU-da təhsil nə səviyyədədir???
Universitet
ölkədə birincilər sırasında 1993-cü ildən Avropa təhsil sisteminə
inteqrasiya məqsədilə üç pilləli (bakalavriat, magistratura,
doktorantura) təhsil sisteminə keçmişdir. Yeni şərait bakalavriatda
təhsil alan tələbədən (təhsil müddəti 4 ildir) müəyyən elmi istiqamətdə
fundamental fənlər üzrə geniş bilik əldə etməyi, magistratura pilləsində
isə (təhsil müddəti 2 ildir) ondan dar ixtisas üzrə böyük elmə keçid
mərhələsi kimi istfadə etməyi tələb edir.
Bakalavr pilləsində
təhsil – buraxılış (diplom) işinin haırlanması və müdafiəsi ilə başa
çatır.
Magistratura təhsili – məzunun müəyyən elm sahəsi üzrə
özünün araşdırmalarının nəticəsi kimi yazdığı magistr dissertasiyasının
müdafiəsi ilə tamamlanır.
Universitetdə bakalavriat və
magistratura pillələri üçün müasir dövrün tələblərinə uyğun tədris
planları, fənn proqramları, dərsliklər işlənib hazırlanmışdır.
Universitetdə
tələbənin biliyinin qiymətləndirilməsində kredit sisteminə keçid
mərhələsi kimi 100 ballı sistemdən, tədrisin təşkilində yeni texniki
tədris vasitələrindən (tele və video təhsil, məsafədən təhsil və s.)
istifadə olunmağa başlanılmışdır.
Hələlik ölkədə doktorantura
pilləsinin birinci mərhələsi kimi 3 illik aspirantura institutu
saxlanılmışdır. Aspirantura mərhələsi dissertasiya müdafiəsi ilə
yekunlaşmalı və onun nəticəsində iddiaçıya elmlər namizədi alimlik
dərəcəsi (PhD) verilməklə tamamlanmalıdır.
Universitetə tələbə
qəbulu (Azərbaycan vətəndaşları üçün) ölkənin bütün ali məktəblərinə
(bakalavriata və magistraturaya) tələbə qəbulunu keçirən Respublika üzrə
vahid bir qurum – Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
tərəfindən aparılır.
İKİNCİ ALİ TƏHSİL
Ikinci ali təhsil
ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla
Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında
həyata keçirilir.
Əvvəlki ali təhsili və ya hazırda (bir ildən az
olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər
Universitetin müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə
bilərlər.
İkinci ali təhsil almaq üçün Universitetə sənəd vermiş
şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu
ilə ikinci ali təhsil ixtisası uzrə tələbələr sırasına qəbul edilirlər.
Birinci
ali təhsil aldığı ixtisas və seçdiyi ikinci təhsil ixtisaslarının
uyğunlugundan asılı olaraq müvafiq kurslara qəbul olunur və təhsil
müddəti müəyyənləşdirilir.
Təhsil ödənişlidir. Təhsil haqqı
müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
Bakı
Dövlət Universiteti beynəlxalq əlaqələrini əsasən hansı istiqamətlər
üzrə inkişaf etdirir?
Bakı Dövlət Universiteti beynəlxalq
əlaqələrini əsasən aşağıdakı istiqamətlər üzrə inkişaf etdirir:
1.
Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq; 2. Beynəlxalq
təhsil proqramlarında BDU-nun iştirakı; 3. Beynəlxalq elm-təhsil
qurumları ilə əməkdaşlıq 4. Universitetlərin Beynəlxalq
Assosiasiyalarında BDU-nun iştirakı; 5. Xarici ölkələrin
Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə əməkdaşlıq; 6.
Nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq; 7. Azərbaycan dili və
ədəbiyyatının xarici ölkələrdə təbliği və yayılması; 8. BDU-nun
professor-müəllim heyətinin xarici elmi tədris ocaqlarında fəaliyyəti,
tələbə magistrant və aspirantların xarici ölkə universitetlərində təhsil
alması; 9. Əcnəbi vətəndaşların BDU-da təhsili;
Bununla
əlaqədar BDU-da rektorluq tərəfindən beynəlxalq əlaqələr xəttində
çalışan əməkdaşlar qarşısında universitetimizin xarici əlaqələrinin
fəlsəfəsini və ideologiyasını müəyyən edən bir neçə vəzifə qoyulmuşdur, o
cümlədən:
1. Universitetimizin nüfuzunun avroatlantik elm və
təhsil məkanında artırılması; 2. Müxtəlif nüfuzlu universitet
assosiasiyalarına qəbul olunmaq və orada həlledici mövqe tutmaq; 3.
Avropa elm və təhsil məkanında gedən inteqrasiya proseslərini müşayiət
etmək və onlara məqsədyönlü qatılmaq; 4. Avropa Birliyinin və
dünyanın aparıcı dövlətlərinin elm və təhsil sahəsində ayrılmış
qrantlarının əldə etmək və müxtəlif beynəlxalq proqramların iştirakçısı
olmaq; 5. Xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq; Universitetimizdə
təhsil alan əcnəbi tələbələrin sayını artırmaq və diplomlarımızın
tanınması istiqamətində həlledici addımlar atmaq.
Tədricən, bu
proqramları həyata keçirərək, Bakı Dövlət Universiteti beynəlxalq
əlaqələri inkişaf etdirir. Hazırda Bakı Dövlət Universiteti dünyanın
50-dən artıq aparıcı universiteti ilə ikitərəfli əməkdaşlıq edir: Rusiyanın
Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Dövlət Humanitar,
Həştərxan Dövlət Universiteti, Universiteti Türkiyənin Ankara
Universiteti, Gazi Universiteti, Fırat Universiteti, Süleyman Dəmirəl
Universiteti, Gebze Yüksək Universiteti, İstanbul Aydın Universiteti,
Yıldız Texnik Universiteti, Bilkənd Universiteti, Rumıniyanın Avidos
Universiteti, Buxarest Universiteti; Almaniyanın Azad Berlin
Universiteti, Bon Universiteti, ABŞ-ın Minnesota Dulut Universiteti,
İndiana Universiteti, Cekson Dövlət Universiteti Fransanın Sarbona
Universiteti III, İnalko Universiteti, Qrenobol Universiteti; Varşava
Universiteti, Tiflis Dövlət Universiteti, Belorussiya Dövlət
Universiteti, Afina Milli Kapodistrian Universiteti, Dotentsk Dövlət
Universiteti, Koreyanın Sanlin Universitet, Pay-Çay Universiteti və
digər universitetlərlə əməkdaşlıq müqavilələri əsasında namizədlik və
doktorluq dissertasiyalarına birgə rəhbərlik, tədris təcrübəsinin, birgə
elmi konfrans və simpoziumların təşkili, tələbə və müəllim mübadiləsi,
elmi informasiya mübadiləsi, elmi kitabxanalar arasında əməkdaşlıq
həyata keçirilir. Moskva Dövlət Universitetinin coğrafiya və biologiya
fakültələrinin tələbələri müntəzəm olaraq 2 həftədən bir ay müddətinə
qədər Azərbaycan Hirkan Milli Parkının və Qızıl-Ağac qoruğunun
ərazisində tədris təcrübəsini keçirlər. 2008-ci ildə Bakı Dövlət
Universiteti ilə adları aşağıda qeyd olunan xarici ölkə ali məktəbləri
arasında əməkdaşlıq müqavilələri imzalanmışdır.
1. Qahirə
Universiteti (Misir) 2. Gunma Universiteti (Yaponiya) 3. Vinicki
Dövlət Texniki Universiteti (Ukrayna) 4. Sarbonna III Universiteti
(Fransa) 5. Montpellier Universiteti (Fransa) 6. Pay-Çay
Universitet (Koreya) 7. Varşava Universiteti (Polşa) 8. İstanbul
Aydın Universiteti (Türkiyə Respublikası) 9. Yıldız Texniki
Universiteti (Türkiyə Respublikası)
Bu müqavilələr çərçivəsində
aşağıdakı istiqamətlər üzrə işlər aparılmışdır: Yaponiya Fondunun
dəstəyi ilə yapon dilini tədris etmək üçün Yaponiyadan Bakı Dövlət
Universitetinə mütəxəssislər dəvət olunmuşdur. Bununla yanaşı,
Yaponiyanın səfiri ilə tələbələrin görüşü keçirilmiş, yapon dili və
ədəbiyyatına dair yeni kitablar Universitetimizə təqdim olunmuşdur. Yaponiyanın
GUNMA Universitetindən BDU-ya mütəxəssislər təşrif buyurmuş,
Universitet ilə yaxından tanış olmuş və gələcək layihələr üzrə
müzakirələr aparmışlar. BDU-ya Yaponiyada təhsil almaq üçün təqaüd
proqramları təklif olunmuş və Universitetin üç tələbəsi imtahan verib
göstərilən proqram üzrə oxumağa göndərilmişdir. Kafedra müəllimi və
laborantı Yaponiyada müvafiq olaraq yarım illik və bir aylıq staj
proqramı keçmişlər. Hal hazırda Universitet tələbələri üçün Yapon dili
kursunun açılması üçün işlər görülür. Kursun yerli və yapon müəllimlərin
iştirakı ilə həftədə 2 dəfə aparılması nəzərdə tutulur. 2008-ci ilin
sentyabr ayında Bakı Dövlət Universiteti və Florensiya Universitetləri
arasında razılaşma imzalandı. Bu razılaşma hər iki universitetə təhsil
və mədəniyyət sahəsində elmi tədqiqat işləri aparmağa imkan verir. İlkin
olaraq hər iki universitetin Psixologiya sahəsi üzrə əməkdaşlığı
nəzərdə tutulur. Əməkdaşlıqda Bakı Dövlət Universitetini rektor,
akademik Abel Məhərrəmov, Florensiya Universitetini isə professor
Auqusto Marinelli təmsil edir. 2009 –cu ilin yeni tədris ilindən
Hüquq fakültəsinin nəzdində Beynəlxalq insan hüququ üzrə magistr
kursunun açılması gözlənilir. Proqramda nəzərdə tutulan bütün dərslər
ingilis dilində tədris olunacaq. Dərslər Amerika Birləşmiş Ştatları və
Avropa Universitetlərini bitirmiş Azərbaycan Müəllimləri tərəfindən
aparılacaq. Kursun Tədris planı Kıprıs Universitetinin professoru
Leonard Hammer və Ali Təhsilə Dəstək Proqramının müəllimləri tərəfindən
hazırlanmışdır. Açıq Cəmiyyət İnstitutun Ali Təhsilə Dəstək Proqramı
yerli, regional və qlobal səviyyədə akademik şəbəkələrin yaradılmasına
yardım göstərmək, Mərkəzi və Şərqi Avropada, həmçinin Avrasiyada ali
təhsil müəssisələrində həyata keçirilən islahatlara yardım etmək məqsədi
ilə yaradılmışdır. Regionlarda seçilmiş universitetlərin
kafedralarında, fakültələrində Yenilik və islahatların həyata
keçirilməsinə yardım göstərir. Həmin kafedralarda dərs deyən gənc və
perspektivli müəllimlərin saxlanılması və peşəkarlıq səviyyəsinin
yüksəldilməsini təmin edir. Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə
Dəstək Proqramı Bakı Dövlət Universiteti ilə artıq 4 ildir ki əməkdaşlıq
edir. Universitetin Beynəlxalq Münasibətlər, Beynəlxalq Hüquq, Sosial
İş və İqtisadi Kibernetika kafedraları ilə əməkdaşlıq edir. Adları
çəkilmiş kafedralarda xarici ölkələrin aparıcı universitetlərində təhsil
almış və beynəlxalq standartlara uyğun dərs təşkil və tədris edən
müəllimlər bu proqram çərçivəsində çalışırlar. Bu müəllimlər hər il
müsabiqə vasitəsi ilə seçilir və dərslə təmin olunurlar. Eyni
zamanda, adları çəkilmiş istiqamətlər üzrə müxtəlif xarici
universitetlərdən dörd nəfər professor davamlı şəkildə tədris
proqramının təşkili və tədrisi üzrə təlimlər təşkil edirlər. 2008-ci
ilin oktyabr ayında rus mədəniyyətinin və tarixinin daha da dərindən
öyrənilməsi, rus dili və ədəbiyyatının tədris planının təkmilləşdirmək
məqsədilə, Bakı Dövlət Universitetində "Russkiy Mir” fondunun maliyyə
dəstəyi ilə BDU-nun "Russkiy Mir” mərkəzi yaradılmışdır. Mərkəz rus dili
və ədəbiyyatı, Rusiya tarixi, mədəniyyəti sahəsində müasir kitablar,
internet resursları və texniki avadanlıqlar ilə təchiz edilmişdir.
Russkiy Mir mərkəzinin açılışında BDU-nun rektoru akademik Abel
Məhərrəmov, Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri
Vasili İstratov, Russkiy Mir fondunun rəhbəri, Rusiya Federasiyasının
"Politika” fondunun prezidenti Vyaçeslav Nikonov iştirak etmişlər. Koreyanın
Pay-Çay Universiteti ilə imzalanmış müqavilədə Bakı Dövlət
Universitetinin şərqşünaslıq fakültəsində Koreya dilinin tədrisinin
inkişafı, NANO-tenxnologiyalar üzrə əməkdaşlığın qurulması və gələcəkdə
tələbə mübadiləsinin təşkil olunması kimi məsələlər qeyd olunmuşdur. Bu
müqavilə əsasında Koreyanın KADO şirkətinin maliyyə dəstəyi ilə rəqəmsal
imkanların istifadə olunması məqsədilə Bakı Dövlət Universitetində
Azərbaycan-Koreya İnformasiya Mərkəzi yaradılmışdır.
Bakı Dövlət
Universitetinin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri
1.
"Azərbaycan – Koreya informasiya təminatı mərkəzi ”-nin yaradılması
Rəqəmsal İmkanların Yayılması üzrə Koreya agentliyi, (KADO) 2. Yapon
dili və Ədəbiyyatının inkişafına dəstək proqramı, Yapon Fondu 3. Açıq
Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək proqramı, Sorus Fondu 4.
"Ekoloji monitorinq üzrə elmi tədris laboratoriyalarının yaradılması”
layihəsi ABŞ-ın Mülki Tədqiqat və İnkişaf Fondu (CRDF) 5. "Tədris
planlarının və tədrisin keyfiyyətinin qiymətləndirilməsi üzrə mərkəzin
yaradılması” layihəsi, Avropa komissiyasının "Tempus” proqramı 6.
"Polimer matrisdə formalaşdırılmış alkogenik yarımkeçirici
nanohissəciklərdə ion mübadiləsi və diffuziya prosessləri”
layihəsi−Ukrayna Elm və Texnologiyalar Mərkəzi 7. "Ftoroplastın
zərərsizləşdirilməsi beynəlxalq terrorizmlə mübarizə vasitəsi kimi”
layihəsi, Ukrayna Elm və Texnologiya Mərkəzi 8. "Yeni növ foton tipli
cihazların yaradılması üçün kolloid-maye kristal kompozitlərin optiki
xassələrinin tədqiqi” layihəsi, Ukrayna Elm və Texnologiya Mərkəzi 9.
"Təhsil sektorunun inkişafı” layihəsi, Dünya bankı 10. "Kiçik
Qafqazın qızıl yataqları ,onların geoloji-genetik modellərinin tərtibi
proqnozlaşdırılma meyarı kimi” layihəsi, CRDF 11. "Kiçik Qafqazın
vulkana-plutonik komplekslərindəki mis filizi yataqları: onların
genezisi və axtarış amilləri” layihəsi, İNTAS fondu , 6-cı çərçivə
proqramı 12. "Dünya Bankı vasitəsilə Riyaziyyat üzrə Milli
Kurrikulumun hazırlanması” layihəsi, Dünya bankı 13. Funksional
fəzalar və onların xüsusi törəməli diferensial tənliklərə tətbiqləri”
layihəsi, İNTAS fondu
Bu layihələr çərçivəsində BDU-da yeni
laboratoriyalar açılmış müasir avadanlıqlar alınmış və universitetin
müəllim və tələbələri müxtəlif təlim kurslarında iştirak etmişlər. 2008-ci
il ərzində müxtəlif ölkə rəhbəri, parlament sədrləri, nazirlər, xarici
dövlət və qeyri dövlət təşkilatlarının sədrləri BDU-da olmuşlar. Belə
ki 2008-ci ilin yanvar ayında Koreyanın Təhsil naziri və Baş nazirin
müavini Kim Şinil ölkəmizə etdiyi səfər çərçivəsində BDU ziyarət etmiş
və universitetin BDU-nun professor-müəllim heyətinin xarici elmi
təhsil ocaqlarında fəaliyyəti, tələbə, magistrant və aspirantların
xarici ölkə universitetlərində təhsil alması, BDU-da təhsil alan xarici
vətəndaşlar. Hesabat ilində universitetin professor müəllim heyətinin
nümayəndələri dünyanın onlarla ölkəsində ən nüfuzlu universitetlərdə
mühazirələr oxumuş və seminarlar aparmışlar. 2008-ci ildə BDU-nun 6
əməkdaşı xarici ölkə universitetlərində çalışmışdır. Bu əməkdaşlar
müqavilə əsasında Türkiyə Respublikasının müxtəlif şəhərlərində yerləşən
universitetlərdə seminarlar aparmış və mühazirələr oxumuşlar.
1.
Eynullayev Arif Vahab oğlu - Kimya fakültəsinin dosenti, "Qeyri-üzvi
materialşünaslıq” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,
Türkiyə Respublikasının Van şəhərində Yüzüncü İl Universitetində
çalışır. 2. Pənahov Əkbər Zeynalabdin oğlu Fizika fakültəsinin
"Optika və molekulyar fizika” kafedrasının dosenti, Türkiyə
Respublikasının Van Yüzüncü İl Universitetində çalışır. 3. Əhmədov
Ramazan Sirac oğlu Şərqşünaslıq fakültəsi "Türk filologiyası”
kafedrasının dosenti, Türkiyə Respublikasının Kavkaz Universitetində
çalışır. 4. Yaqubov Qabil Yavər oğlu Tətbiqi riyaziyyat və
kibernetika fakültəsinin "Optimallaşdırma və idarəetmə” kafedrasının
dosenti, Türkiyə Respublikasının Osmanqazi Universitetində çalışır. 5.
Əliyeva Tamilla Sadatxan qızı Filologiya fakültəsinin Dünya ədəbiyyatı
kafedrasının dosenti, Türkiyə Respublikasının Ozmanqazi Universitetində
işləyir. 6. Ağayeva Çərkəz Arif qızı Tətbiqi riyaziyyat və
kibernetika fakültəsinin "Ehtimal nəzəriyyəsi və riyazi statistika”
kafedrasının baş müəllimi, Türkiyə Respublikasının Yaşar Universitetində
işləyir.
Son bir il ərzində BDU-nun 30 tələbə və magistrantı
dünyanın müxtəlif ölkələrinin tədris ocaqlarında təhsillərini davam
etdirmiş və staj keçmişlər. Bu əsasən aşağıdakı xətlərlə həyata
keçirilmişdir:
1. Xarici ölkə universitetlərinin ayırdığı
qrantlar hesabına 2. Universitetimizin beynəlxalq təhsil
proqramlarında iştirakı ilə əlaqədar. 3. Xarici ölkə universitetləri
ilə ikitərəfli əməkdaşlıq çərçivəsində 4. Müxtəlif elm və təhsil
fondları tərəfindən keçirilən müsabiqələr nəticəsində. 5. Xaricdə
Təhsil üzrə Dövlət Proqramı əsasında
Əcnəbi vətəndaşların BDU-da
təhsili.
2008 2009-cu tədris ilində BDU-da 12 ölkədən (Türkiyə,
Çin, İran, Almaniya, Misir, Qazaxıstan, İsrail, Belorusiya, Gürcüstan,
Rusiya Federasiyası Ukrayna və sairə) 1249 nəfər əcnəbi vətəndaş təhsil
alır, onlardan: 922 nəfər bakalavr pilləsi üzrə (əyani və qiyabi, 892
müqavilə 30 dövlət hesabına); 60 nəfər magistrant (əyani və qiyabi,
58 müqavilə 2 dövlət hesabına) 259 nəfər aspirant (əyani və qiyabi,
253 müqavilə ilə, 6 –dövlət hesabına); 3 nəfər doktorant (əyani və
qiyabi, 3 müqavilə) 5 nəfər dissertant (əyani və qiyabi, 4 müqavilə, 1
dövlət hesabına). Məlumdur ki, istənilən universitetin nüfuzunun
artmasında bu universitetdə təhsil alan əcnəbi vətəndaşların sayı mühüm
əhəmiyyət kəsb edir. Bununla bağlı BDU-nun rektoru akad. A.M.
Məhərrəmov və Beynəlxalq əlaqələr üzrə prorektor prof. N.A. Paşayeva
xarici dövlətlərin təhsil qurumlarının yüksək rütbəli məmurları ilə
danışıqlar aparmışlar, xarici ölkələrdə keçirilən elm və təhsil üzrə
sərgilərdə iştirakımız təmin olunmuşdur, İnternet vasitəsilə
Universitetimizin tarixi, tədris prosesinin məzmunu, Universitetdə
təhsilin keyfiyyəti və digər məlumatlar yayımlanmışdır. Aparılan işlərin
nəticəsində 2007 2008-ci tədris ilində əcnəbi tələbələrin sayı və
təmsil etdikləri ölkələr artmışdır. Beləliklə, Bakı Dövlət
Universiteti Avropa elm və təhsil məkanında tanınır və nüfuzlu
Universitet kimi qəbul edilir. Bu məkanda elə bir proqram, yaxud
inteqrasiya prosesi yoxdur ki, onlarda Universitetimiz hər hansı bir
dərəcədə iştirak etməsin. Bakı Dövlət Universiteti qloballaşan
dünyada elm və təhsil sahəsində müşahidə edilən prosesləri izləyir,
onlarda iştirak etmək üçün mənəvi haqqa və hüquqi imkanlara malikdir,
eyni zamanda Universitetimizin bu sahədə müəyyən edilmiş strategiyası
mövcuddur.
Bakı Dövlət
Universitetinin fəxri doktorları (1990-2007)
1. Heydər Əliyev –
Azərbaycan Respublikasının prezidenti,№ 10, 28.10.94 2. Urfan Ənvər
Nəsrəddin – Türkiyə 3. Turqut Ozal – Türkiyə Cümhuriyyətinin
prezidenti, №I 17.03.1993 4. Süleyman Dəmirəl – Türkiyə
Cümhuriyyətinin Baş bakanı,№3, 21.09.1992 5. Turan Yazqan – Türkiyə,
İzmir Universitetinin professoru 6. Sarmet Akkun – Türkiyə, İzmir
Universitetinin professoru 7. Xəlil Cin – Türkiyə, Səlcuq
Universitetinin rektoru 8. Fikrət Tükmən – Türkiyə, İzmir
Universitetinin professoru 9. Marvin Ştarzik – ABŞ, Şimali İllinoys
Universitetinin professoru 10. Məhərrəm Erkin – Türkiyə, İstanbul
Universitetinin professoru 11. Butros Butros Qali – Misir, BMT-nin
baş katibi 12. Hüsaməddin Cindoruk – Türkiyə, № 12, 23.12.1994 13.
Əbdüllətif Bəndəroğlu – İraq, şair və tədqiqatçı 14. Ağayi Cavad
Heyət – İran 15. Yavuz Akpinar – Türkiyə, № 7, 17.07.1993 16.
Tansu Çillər – Türkiyə Baş Naziri, № 14, 11.04.1995 17. Saparmurad
Niyazov – Türkmənistan Prezidenti, № 15, 14.03.1996 18. Məsud Yılmaz –
Türkiyə, № 16, 12.04.1996 19. Kərimov İslam Abdullayeviç –Özbəkistan
Prezidenti № 17 20. Lütfüzadə – Alim № 18, 29.10.1996 21. Tadeuş
Svetoxovski- ABŞ-ın Monmouz Kollecinin professoru -29.10.1996 22.
Federiko Mayf Saraqosa – № 20, 02.11.1996 23. Hans Əhməd Şmidte – №
21, 28.12.1996 24. İrene Melikoff – № 22, 28.12.1996 25. Eduard
Şevarnadze – Gürcüstan Prezidenti № 23, 07.02.1997 26. Əsgər Akayev –
Qırğızıstan Prezidenti № 24, 22.04.1997 27. Luçinski Petru Kirill – №
25, 22.11.1997 28. Məhəmməd Təqi Cəfəri – № 9, 10.10.1993 29.
Koiçiro Matsuura – UNESKO 08.04.2000 30. İhsan Doğramacı – Bilkənd
Universitetinin təsisçisi 25.04.2000 31. Litvin Vladimir Mixayloviç –
Ukrayna Ali Radası sədri – 28.02.2004 32. Zbiqner Bzejinski- ABŞ,
Politoloq -2004 33. Corc Robertson – NATO-nun Baş Katibi- 2003 34.
Vaira Vike-Freyberqa – Latviya prezidenti 04.10.2005 35. Valdas
Adamkus – Litva prezidenti – 09.06.2006 36. Oljas Omaroviç Süleymanov
– Qazaxstan şairi 23.06.2006 37. Trayan Basesku – Rumıniya
prezidenti - 12.10.2006 38. Viktor Antonoviç Sadovniçiy –
M.V.Lomonosov adına MDU-nun rektoru 24.05.07 39. Abdullah Gül -
Türkiyə Respublikası Prezidenti - 07.11.2007 40. Qulaməli Həddad-Adel
– İ.İ.R. İslam Şura Məclisinin sədri - 24.11.2007