Bizim qovhaqov ritimli zəmanəmizdə zavallı kişilər stress, problemlər, mənfi informasiya, xroniki yorğunluq sndromu, iqlimin qlobal dəyişikliyi, texnologiyaya uyğun hazırlanmayan hamburgerlər, geydirmə araq kimi bəlalarla qarşılaşırlar. Bütün bunları nəzərə alsaq, heç kişinin qınamağa dəyərmi ki, o niyə seksdən qaçır?! Həm də məsələ impotenlikdə səhnələrə tamaşa etmək, ya da açıq-saçıq geyimli qadın həmkarlarını adicə süzmək tam normal ereksiyaya səbəb olur. Amma həmin ereksiyanı gerçəkləşdirmək istəyi heç də baş tutmur. Yəni, cinsi əlaqə zamanı kişi bu zəhlətökən ərlik vəzifəsindən mümkün qədər tez canını qurtarmaq istəyindən başqa bir şey arzulamır.
Məlum məsələdir ki, belə hallarda kişilər adətən 50-60 yyaşından sonra rastlaşırlar:necə deyərlər, daha cavan deyil, yaş öz işini görür. Lakin son illər seksoloqlar həyacan təbili çalırlar-kişi firgidliyi 30, hətta 20 yaşlıları da yaxalayır.
Kişi qüvvəsi
Hər şeydən əvvəl bunu bilmək lazımdır ki, potensiya kişinin yaşından asılı deyil, o, orqanizmin ümumi sağlamlığı ilə müəyyən edilir. Əgər ateroskleroz, artıq çəki, heç bir zədə və ya psixolloji problem yoxsa, hormonal fon normadadırsa, potensiya qaydasında olacaq. Keçirilmiş infarkt və insultlar, ürək fəaliyyətinin pozulması, ürəyin işemik xəstəliyi hipertoniya da potensiya təsir göstərir. Qəbul ediləən bir sıra dərmanlar da cinsi funksiyanı zəiflədir. Siqaret çəkmək və alkoqol da potenisiyaya çox zərbə vurur. Lakin son illər həkimlər potensiyanın pisləşməsində ilk növbədə stresin iş və istirahət rejiminin pozulmasını göstərirlər. |